№ 2,
2017
Məqaləni yüklə
Şirvan düzü aqrolandşaftlarının geokimyəvi şəraitinə mikroelementlərin təsirinin bəzi qanunauyğunluqları
Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115
Xülasə
A-
A+
Şirvan düzü aqrolandşaftlarında 2012-2015-ci illərdə aparılan elmi tədqiqatlar nəticəsində aqrolandşaftların geokimyəvi xüsusiyyətləri öyrənilmiş, mikroelementlərin miqrasiyası və paylanma qanunauyğunluqları müəyyən edilmişdir. Məqalədə Şirvan düzü aqrolandşaftlarının geokimyəvi xüsusiyyətlərinin yaxşılaşdırılmasına yönələn və konkret elmi dəlillərə əsaslanan tövsiyə xarakterli təkliflər verilmişdir. Əldə edilən məlumatlar əsasında ilk dəfə olaraq tədqiqat ərazisi üçün Coğrafi İnformasiya Sistemləri (ArcGİS) kompüter proqramından istifadə etməklə 1: 200 000 miqyaslı “Şirvan düzü aqrolandşaftlarının geokimyəvi xəritəsi (mikroelementlərə görə)” və “Şirvan düzü aqrolandşaftlarının tibbi-ekogeokimyəvi xəritəsi” tərtib edilmişdir.