№ 1,
2005
Geç miosendə Zaqafqaziyanın bitki örtüyi və landşaftları
Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115
Xülasə
A-
A+
Məqalədə yarpaqlı flora məlumatlarına və spor-toz təhlilinə görə landşaftın yenidən qurulması və Zaqafqaziya ərazisində geç miosen florasının səciyyəsi verilir. Müəllif Zaqafqaziya florasında tədqiq olunan müddətdə yeddi coğrafi cins qrupunun iştirakını müəyyənləşdiralmış və onlardan Amerika- – Asiya, tropik, panqolarktik qrupların üstünlüyü ilə ərazinin rütübətli subtropik iqlimi və landşaftın formalaşması təyin edilir: sahilboyu bataqlıqlaşmış, rütubətli, yarpağını yaramçıq tökən həmişəyaşıl və dağ və düzənliklərdə qarışıq iynəyarpaqlı məşələr, o cümlədən Şərqi Zaqafqaziyanın dağ ətəklərində savanna tipli seyrək məşələr. Zaqafqaziyanın son mioseninin florası müasir florada çatışmayan cinslərin 60-70 %-ni təşkil edirdi.