Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2005

Azərbaycan ərazisində baş verən dolu-şimşək proseslərinin xüsusiyyətləri

S.H.Səfərov

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometeorologiya Departamenti, Hidrometeorologiya Elmi-Tədqiqat İnstititu, AZ1154, Bakı, Heydər Əliyev prosp., 10

Xülasə

A-
A+
Məqalədə 1981-2004–cü illərdə aparılmış radiolokasiya müşahidələrinin məlumatlarına əsasən Azərbayjan ərazisində baş verən dolu–şimşək proseslərinin konvektiv özək strukturu və inkişaf dinamikası tədqiq edilmişdir. Göstərilmişdir ki, dünyanın bir çox regionlarında olduğu kimi, ərazidə təsadüf edilən dolu-şimşək proseslərini təközəkli, çoxözəkli və superözəkli olmaqla 3 tipə bölmək olar. Çoxözəkli proseslər də öz növbəsində əsasən nizamsız və nizamlı olmaqla iki yarımtipə ayrılır. Dünyanın bir çox digər regionlardan fərqli olaraq respublikamızın qərb ərazilərində nizamlı çoxözəkli proseslərin bir-birindən inkişaf dinamikasına görə qismən fərqlənən iki növü aşkara çıxarılmışdır. Bunlardan biri şərti olaraq normal, digəri isə anomal adlandırılmışdır. Şimali Amerikada olduğu kimi, respublikamızın ərazisində də çoxözəkli proseslərin superözəkli proseslərə və əksinə çevrilməsi ilə müşayiət olunan, geniş ərazilərdə dolu vurmasına səbəb olan hibrid proseslərə də təsadüf olunur. Müəyyən edilmişdir ki, atmosferin termodinamik vəziyyətindən və troposferdə küləyin sürətinin hündürlüyə görə dəyişmə xarakterindən asılı olarıq müxtəlif tip dolu-şimşək proseslərinin təkrarlanması ildən-ilə dəyişsə də, çoxillik məlumatlara əsasən orta hesabla onların 8%-i təközəkli, 40%-i çoxözəkli, 15%-i superözəkli, 9%-i isə hibrid proseslərə aid olur.