№ 2,
2006
Məqaləni yüklə
Gilli laylardan neft ehtiyatının çıxarılma səmərəliliyinin artırılmasına elektrik sahəsi təsirinin tədqiqi
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Məqalədə sabit və dəyişən elektrik sahəsinin neft sənayesinin müxtəlif texnoloji prosesində istifadə edilən suların fiziki-kimyəvi xassələrinə, onların süzülmə qabiliyyətinə və neft sıxışdırma əmsalına təsiri tədqiq edilmişdir.
Bununla əlaqədar olaraq xüsusi qurğu işlənmiş və yığılmışdır. Qurğu dəyişən və yaxud sabit cərəyan sahəsinin yaradılmasına imkan verməklə, müxtəlif təzyiq düşküsündə tədqiqatların aparılmasına imkan verir.
Müəyyən edilmişdir ki, elektrik sahəsi təsiri nəticəsində müxtəlif tərkibli elektrolit suların hidrogen göstəricisi artır, bunun əksinə olaraq, onların karbohidrogenli maye sərhəddində səthi gərginliyi azalır. Belə ki, çox gilli lay modelində tədqiq edilmiş suların fiziki-kimyəvi xüsusiyyətlərinə sabit cərəyan sahəsinin təsiri artır.
Məsaməli mühitdən müxtəlif tip su süzülməsi sayəsində keçiriciliyin azalma hadisəsi cərəyan sahəsinin təsiri ilə bərpa olunur.
Məsaməli mühitdən müxtəlif tip su süzülməsi sayəsində keçiriciliyin azalma hadisəsi cərəyan sahəsinin təsiri ilə bərpa olunur.
Aparılmış kompleks tədqiqatlarla müəyyən edilmişdir ki, elektrik sahəsinin təsiri ilə çətin keçiricilikli laylardan neft verimini artırmaq mümkündür.