Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2020
Məqaləni yüklə fullIssue_icon

Seysmik atributların analizi ilə Naftalan yatağı və onun ətrafının geoloji quruluşunun Mezozoy çöküntüləri üzrə tədqiqi

Ağayeva M.A., Əbilhəsənova L.C., Abasova P.C.

1 – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti AZ1010, Bakı, Azərbaycan, Azadlıq prospekti, 20: meleykeagayeva12@gmail.com
2 – Geofizika və Geologiya Idarəsi Kəşfiyyatgeofizika İstehsalat Bölümü AZ1040, Bakı, Azərbaycan, Bakıxanov qəsəbəsi, Y.Əliyev kücəsi,10

Xülasə

A-
A+
Məqalə Gəncə Neftli Qazlı Rayonunun Naftalan-Şimali Naftalan sahəsində geoloji quruluşun dəqiqləşdiliməsi məqsədi ilə 3D seysmik məlumatların atrbut analizinin tətbiqinə həsr olunmuşdur.
Məqalədə Azərbaycanın çox qədim braxiantiklinal tipli yatağı hesab edilən Naftalan yatağı haqqında məlumatlar verilmişdir. Yatağın geoloji və geofiziki metodlarla öyrənilməsinin qısa tarixi nəzərdən keçirilmişdir. Xüsusi qeyd olunur ki, yataqdan iki tip neft çıxarılır: müalicə əhəmiyyətli ağır neft və kommersiya (sənaye) əhəmiyyətli yüngül neft. Məqsədimiz yüngül neftin yığıldığı interval və zonaları aşkar etmək üçün yatağın geoloji quruluşunu daha dəqiq tədqiq etməkdir. Bu məqsədlə 2012-cü ildə Naftalan sahəsində 3D seysmik tədqiqatlar aparılıb. Aparılmış 3D seysmik tədqiqatları materiallarının emali nəticəsində alınmiş kubun geoloji dəyərləndirilməsi yolu ilə bütün sahə boyu inamla izlənilən Üst Təbaşir çöküntülərinin səthini əks etdirən V seysmik horizontun izləndiyi çöküntü intervalı seçilmişdir.
Bu intervalda bir neçə atribut hesablanmış və bu atributların verdiyi nəticələr analiz edilmişdir. Analizinin nəticələri oxşar və ya informativliyi zəif olan bəzi atributlar təkrarlığa yol verməmək məqsədi ilə sonrakı tədqiqatlarda istifadə olunmamışdır. Tədqiqatımızın hədəfi müxtəlif amplitudlu dizyunktiv dislokasiyaların aşkarlanması və izlənilməsi üçün daha effektiv atributlar, Chaos, Variance, Ant tracking kimi atributlar, müəyyənləşdirilmiş və onlardan geniş istifadə etməklə tədqiqat sahəsinin geoloji quruluşu dəqiqləşdirilmişdir. Bütün 3D materialların emalinin nəticələri hesablanmış bir neçə seysmik atributlar kubları şəklində verilmişdir. Alınmış bu atribut kubları analiz edilərək yatağın geoloji quruluşu Üst Təbaşir çöküntülərinin səthi üzrə müəyyənləşdirilmiş və ən effektiv atributlar seçilir. Nəticə olaraq V-SH (Üst Təbaşirin yuxarıları) üzrə struktur xəritə tərtib edilmişdir.

Açar sözlər: atribut analiz, 3D seysmik kəşfiyyat, seysmik horizont, atributlar kubu, Təbaşir çöküntüləri, dislokasiyalar

 

ƏDƏBİYYAT

Абетова С.А., Абетов А.Е. Интерпретация тектонических нарушений в объектах моделирования с использованием алгоритма Ant Tracking в программном обеспечении PETREL. Геология и охрана недр, Казахстан, No. 4 (65), 2017, с. 51-55.

Ализаде А.А., Ахмедов Г.А., Ахмедов А.М., Зейналов М.М. Геология нефтяных и газовых месторождений Азер-байджана. Недра. Москва, 1966, 392 с.

Ахмедов Т.Р. О геологической эффективности сейсморазведки при изучении неантиклинальных ловушек Азербайджана разного типа. Известия Уральского государственного горного университета, Екатеринбург, Вып. 3 (43), 2016, с. 41-45.

Ахмедов Т.Р., Агаева М.А. Изучение пористости майкопских отложений площади Нафталан Азербайджана комплексированием скважинных геофизических данных и данных атрибутного анализа сейсмического волнового поля. Вектор ГеоНаук, Т.3, No.1, 2020, c. 15-23, DOI: 10.24411/2619-0761-2020-10002.

Воскресенский Ю.Н. Полевая геофизика. Недра. Москва, 2010, 479 с.

Кирилов А.С., Закревский К.Е. Практикум по сейсмической интерпретации в PETREL. МАИ-ПРИНТ. Москва, 2014, 288 с.

Мамедов З.С., Мириев Г.М. О перспективности разработки месторождения Нафталан. Азербайджанское Нефтяное Хозяйство, No. 2, 2009, с. 23-28.

Рахманов Р.Р. Закономерности формирования и размещения залежей нефти и газа в мезокайнозойских отложениях Евлах-Агджабединского прогиба. Текнур. Баку, 2007, 185 с.

Шерифф Р., Гелдарт Л. Сейсморазведка. Обработка и интерпретация данных (Под ред. проф. А.В.Калинина). Мир. Москва, 1987, 400 с.

Chopra S., Marfurt K.J. Seismic attributes for prospect identification and reservoir characterization. SEG Geophysical Development Series, No. 11, 2005, 464 p.

Sanhasuk K., Piyaphong C., Montri C. Seismic attributes and their applications in seismic geomorphology. Bulletin of Earth sciences of Thailand, Vol. 6, No.1, 2014, pp.1-9.

DOI: 10.33677/ggianas20200200048