Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2020
Məqaləni yüklə fullIssue_icon

Gədəbəy rayonunda Gədəbəy və Qədir yataqlarının mineraloji və filiz petroqrafik tərkibi (Qərbi Azərbaycan)

İsmayıl C, Arık F, Özen Y.

1 – Konya Texniki Universiteti,Geoloji Mühəndislik Şöbəsinin tələbəsi 42250, Türkiyə, Konya, Selçuklu rayonu, Rauf Orbay küç., Ardıçlı məhəlləsi: cosqun.ismayil1993@gmail.com;
2 – Konya Texniki Universiteti,Geoloji Mühəndislik Şöbəsinin rəhbəri, Professor, Doktor 42250, Türkiyə, Konya, Selçuklu rayonu, Rauf Orbay küç., Ardıçlı məhəlləsi;
3 – Konya Texniki Universiteti,Geoloji Mühəndislik Şöbəsinin Doktoru 42250, Türkiyə, Konya, Selçuklu rayonu, Rauf Orbay küç., Ardıçlı məhəlləsi

Xülasə

A-
A+
Gədəbəy (Qərbi Azərbaycan) filizləşmə zonası Kiçik Qafqaz bölgəsində yerləşir. Filizləşmə Tetis metallogenik kəmərinin Lök-Qarabağ struktur-formasiya zonası içərisində subduksiya zonasında əmələ gəlmişdir. Gədəbəy Azərbaycanın ən böyük porfir-epitermal filizləşmə sahəsi hesab olunur. Region haqqında bu günə qədər çox sayda fərqli tədqiqatçılar tərəfindən araşdırmalar aparılmışdır. Bölgədə Orta və Üst Yura yaşlı süxurlar geniş yayılmışdır. Regiondakı filizləşmələrin əmələ gəlməsində vulkanik süxurların və Gədəbəy intruzivinin önəmli rolu var. Əvvəlki tədqiqatlara əsasən Gədəbəy filiz rayonundakı riolit və riodasit tərkibli vulkanik süxurlar Bayos yaşlı, andezit tufları və andezit dasitlər Bat yaşlı, Gədəbəy intruzivindəki diorit və qranodioritlər Üst Yura-Alt Təbaşir yaşlı olduğu qeyd olunmuşdur. Gədəbəy filiz rayonunda magmatizm 3 etapa ayrılır: Bayos, Bat və Üst Yura mərtəbələri. Gədəbəy rayonunda həm Gədəbəy Au-Ag-Cu yatağının, həm də Qədir Au-Ag-Cu-Pb-Zn yatağının filizənəzarət faktoru Gədə-bəy-Bittibulaq dərinlik yarılmasıdır. Bu araşdırmanın məqsədi Gədəbəy Au-Ag-Cu və Qədir Au-Ag-Cu-Pb-Zn yataqlarının mineraloji-petroqrafik xüsusiyətlərini və hidrotermal dəyişilmə zonalarını petroqrafik, filiz-petroqrafik və XRD metodu ilə açıqlamaqdır. Filizlərdə içərisində xalkopirit, sfalerit, qalenit, pirit, qızıl, kovellin, malaxit, azurit və başqa minerallar qeyd edilmişdir.

Açar sözlər: Porfir-Epitermal, Au-Ag-Cu-Pb-Zn yatağı, Qədir, Gədəbəy, Kiçik Qafqaz

 

ƏDƏBİYYAT

Anglo Asian Mining PLC. Ore Reserves Report Gadir Underground Mine. Anglo Asian Mining PLC Report. London, 2019, pp. 11-17, https://www.angloasianmining.com/operations/overview/.

Babazadeh V., Veliyev A., Abdullayeva Sh.F., Imamverdiyev N., Mammedov S., Ibrahimov J., Bayramov A.New perspective Gadir mineralization field in Gеdabey ore region. The Reports of National Academy of Sciences of Azerbaijan, 2015, Vol. LXXI, No 2, Baku, 2015, 8 p.

Bayramov A.A. Geological setting of the new discovering Gadir low sulfidation epithermal deposit, Gedabek ore district, Lesser Caucasus, Azerbaijan. IJISET – International Journal of Innovative Science, Engineering & Technology, Vol. 4, 2016, 12 p.

İsmayıl C. Investigation of the geological, mineralogical, petrographical and geochemical properties of the Gedabek (West Azerbaıjan) Au-Cu deposıt. The Graduate School of Natural And Applied Science of Selçuk Unıversıty. Master Thesis, Konya, 2019, 92 p.

İsmayıl C., Arık F., Özen Y. Preliminary geological and mineralogical features of Gedabek (Western Azerbaijan) Au-Cu deposit. Engineering Sciences Journal of Omer Halisdemir University, Vol. 7, 2018, pp. 1153-1158.

Novruzov N., Valiyev V., Bayramov A., Mammadov S., Ibrahimov J., Ebdulrehimli A. Mineral composition and paragenesis of altered and mineralized zones in the Gadir low sulfidation epithermal deposit (Lesser Caucasus, Azerbaijan). Iranian Journal of Earth Sciences, Vol. 11, No. 1, 2019, pp. 14-29.

Singer D.A., Berger V.I., Moring B.C. Porphyry copper deposits of the World: Database and grade and tonnage models. U.S. Geological Survey Open-File Report 2008-1155, 2008, 45 p.

Veliyev A., Bayramov A., Ibrahimov J., Mammadov S., Alizhadeh G. Geological setting and ore perspective of the new discovered Gadir low sulfidation epithermal deposit, Gedabek NW flank, Lesser Caucasus, Azerbaijan. Universal Journal of Geoscience, Vol. 6, No. 3, 2018, pp.78-101.

Bayramov A.A. Gədəbəy intruzivinin petrologiyası və potensial filizləşməsiş Magistr dissertasiyası. Bakı Dövkət Universiteti , 2015, 75 s.

Баба-заде В.М., Махмудов А.И., Рамазанов В.Г. Медно- и молибден-порфировые месторождения. Азернешр. Баку, 1990, 375 c.

Исмет А.Р., Гасанов Р.К., Абдуллаев И.А., Багирбекова О.Д., Джафарова Р.С., Джафаров С.А. Радиогеохроно-логические исследования геологических формаций Азербайджана. Nafta Press. Баку, 2003, 191 с.

Керимов Г.И. Петрология и рудоносность Кедабекского рудного узла. Изд. АН Азерб. ССР. Баку,1963, 211 с.

Садыхов А.Р., Велиев А.А., Байрамов А.А., Мамедов С.М., Ибрагимов Д.Р. Изотопно-геохимические характеристики (Sm-Nd, Rb-Sr, S) и U-Pb SHRIMP II возраст Гедабекского интрузива (Азербайджан). Региональная геология и металлогения, No. 76, 2018, c. 83-94.

DOI: 10.33677/ggianas20200200046