Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2020
Məqaləni yüklə fullIssue_icon

Quyu qazılması zamanı süxurların modelləşdirilməsi nəticələrinə əsasən geoloji kəsilişin bircins intervallara bölünməsi

Piriverdiyev I.A.

Neft və Qaz İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası AZ1000, Bakı şəh., F.Əmirov küç., 9: igorbaku@yandex.ru

Xülasə

A-
A+
Quyu qazılmasının effektivliyi və keyfiyyəti əldə edilən informasiyanın keyfiyyətindən asılıdır. Qazma zamanı qəbul edilən qərarların da keyfiyyəti informasiyanın keyfiyyətindən asılıdır. Son zamanlar dünya təcrübəsində geniş istifadə olunan geoloji-texnoloji tədqiqatlar qazma zamanı informasiya çatışmazlığı şəraitində bir çox problemlərin həllini həyata keçirməyə imkan yaradır. Bununla əlaqədar təqdim olunan məqalə qazma zamanı kəsiliş haqqında əldə edilən informasiyanın keyfiyyətinin artırılması, qazılan süxurlar haqqında dahageniş məlumatın əldə edilməsi, bunun əsasında kəsilişin bircins intervallara ayrılmasına həsr olunur. İlkin məlumat kimi burada son zamanlar geniş tətbiqini tapmış geoloji-texnoloji tədqiqat sistemlərindən alınmış informasiyadan istifadə olunmuşdur.Bura kəsilişin litologiyası, süxurların məsaməliliyi, bərkliyi və digər xassə göstəriciləri haqqında məlumat daxildir. Əldə edilmiş məlumatın ilkin emalı, onun təhlili adətən ənənəvi statistik üsulların tətbiqi ilə həyata keçirilir. Lakin onu qeyd etmək lazımdır ki, bir çox hallarda qeyd olunmuş üsullar kifayət deyil. Burada mövcud qeyri-müəyyənlik üzündən qərarların qəbulu çətinləşir. Buna görə son zamanlar qeyri-səlis çoxluqlar nəzəriyyəsinə əsaslanan üsullardan geniş istifadə olunur. Qeyd olunmuş məsələ qeyri səlis məntiq əsasında hər baxılan amil üzrə müvafiq meyarın hesablanması, bütün bunların arasında orta harmonik qiymətin təyini vasitəsilə həll olunur. Belə ki, həmin orta harmonik qiymətin dərinlikdən asılılıq əyrisindəki sıçrayışlara uyğun dərinlik bir süxur ilə digər süxurun sərhədi kimi qəbul olunur. Qeyd olunmuş alqoritm üzrə Bahar yatağında qazılmış quyuların timsalında hesablamalar və müvafiq süxur bölgüsü aparılmışdır. Təklif olunmuş yanaşma ilə aparılmış bölgü vasitəsi ilə formalaşmış bircins intervallar üzrə qazma baltalarının iş göstəriciləri təhlil olunaraq onların işinin modelləşdirilməsi və qərarların qəbul edilməsi üzrə mərhələləri həyata keçirmək olar.

Açar sözlər: kompleks informasiya, geoloji kəsiliş, süxur, balta, mürəkkəbləşmə, təsnifat, qərarların qəbulu, qeyri müəyyənlik, qeyri səlis məntiq

 

ƏDƏBİYYAT

Brown D.F., Cuddy S.J., Garmendia-Doval A.B., McСall J.A.W. The prediction of permeability in oil-bearing strata using genetic algorithms. In: Materials of the Third IASTED International Conference Artificial Intelligence and Soft Computing, Banff, Alberta, Canada, July 24-26, 2000, https://www.researchgate.net/publication/220909228_ The_Prediction_of_Permeability_in_Oil-Bearing_Strata_ using_Genetic_Algorithms.

Cuddy S.J., Glover P.W.J. The application of fuzzy logic and genetic algorithms to reservoir characterization and modeling. Soft Computing for Reservoir Characterization and Modeling, No. 1, 2002, pp. 219-241.

Efendiyev G.M., Djafarova N.M., Djevanshir R.D. The optimum decision in cutting-type drilling bits selection with regard to their operating conditions and the vagueness of the task posed. Energy sources, Vol. 13, No. 2, 1991, pp. 243-250.

Efendiyev G.M., Mammadov P.Z., Piriverdiyev I.A. Modeling and evaluation of rock properties based on integrated logging while drilling with the use of statistical methods and fuzzy logic. 10th International Conference on theory and application of soft computing, computing with words and perceptions – ICSCCW-2019. Advances in intelligent systems and computing book series (AISC), Vol. 1095, 2019, pp. 503-511.

Efendiyev G.M., Mammadov P.Z. Piriverdiyev I.A., Sarbopeyeva M.D. Selection of the best combination of bit types and technological parameters during drilling, taking into account uncertainty. Procedia computer science, Vol. 120, 2017, pp. 67-74.

Taylor T.R., Kittridge M.G., Winefield P.L. et al. Reservoir quality and rock properties modeling results – Jurassic and Triassic sandstones: Greater Shearwater Area, UK Central North Sea. Marine and Petroleum Geology, Vol. 65, 2015, pp. 1-21.

Wawrzyniak-Guz K. Rock physics modelling for determination of effective elastic properties of the lower Paleozoic shale formation, North Poland. Acta Geophysica, Vol. 67, 2019, pp. 1967-1989.

Wang Z., Wang R., Li T., Schmitt D.R. Modelling of viscoelastic properties of porous rocks saturated with viscous fluid at seismic frequencies at the Core Scale. Workshop: Rock physics and borehole geophysics, Beijing, 28-30 August 2016, https://library.seg.org/doi/abs/10.1190/RP2016-003.

Агаев С.Г. Системный подход к повышению эффективности проводки скважины. Автореферат докторской диссертации. Баку, 1989, 52 с.

Делия С.В., Ракитин М.В. Тенденции развития ГТИ и ГИС-бурения. Бурение и нефть, No. 2, 2014, http://naukarus.com /tendentsii-razvitiya-gti-i-gis-bureniya.

Джанзаков И.И., Пиривердиев И.А., Гулизаде К.П. и др. Анализ состояния методов и средств принятия решений при бурении скважин по комплексной геолого-технологической информации. Оборудование и технологии для нефтегазового комплекса, Т. 111, No. 3, 2019, с. 51-59.

Дюсенов А.Т. Повышение эффективности бурения скважин путем выбора оптимального сочетания типов долот и технологических параметров. Автореферат кандидатcкой диссертации. Атырау, 2008, 23 с.

Мирзаджанзаде А.Х., Агаев С.Г., Алимамедов А.Ф. и др. Руководство по применению математической теории эксперимента при исследовании свойств горных пород и процесса их разрушения. Недра. Москва, 1973, 98 с.

Ракитин М.В. Проблемы и перспективы использования ГТИ и ГИС-бурения (LWD) на основе опыта бурения эксплуатационных скважин на шельфе Северного Каспия. Бурение и Нефть, No. 07-08, 2015, https://burneft.ru /archive/issues/2015-07-08/26.

Родионов Д.А. Статистические методы разграничения гео-логических объектов по комплексу признаков. Недра. Москва, 1968, 158 с.

Эфендиев Г.М., Кулиев Г.Г., Пиривердиев И.А. и др. Методы и средства повышения качества информации при принятии решений в управлении процессом бурения скважин. Сборник научных трудов: Породоразрушающий и металлообрабатывающий инструмент – техника и тех-нология его изготовления и применения. Киев, ИСМ им. В.Н.Бакуля НАН Украины, Т. 22, 2019, с. 52-62.

DOI: 10.33677/ggianas20200200044