Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2020
Məqaləni yüklə fullIssue_icon

Azərbaycanin uzun müddət işlənilmədə olan neft yataqlarinda nanotexnologiyalarin tətbiqinin bəzi nəticələri

Əliyev C.A.

SOCAR, “Neftqazelmitədqiqatlayihə” İnstitutu AZ1012, Bakı şəh., H.Zərdabi pr., 88A: camal.aliyev1965@mail.ru

Xülasə

A-
A+
Azərbaycanda uzun müddət işlənilmədə olan neft yataqları timsalında quyu və mədən avadanlığı məhsuldarlığının artırılması üçün nano-texnologiyalardan istifadənin səmərəliliyi göstərilmişdir. Araşdırmalar göstərir ki, neftin yüksək özlülüyü və layla quyu arasında hidrodinamik əlaqənin pozulması quyuların aşağı məhsuldarlığının əsas səbəblərindəndir. Asfalten-qatran-parafinlə zəngin neftlərin laylardan quyu fəzasına axınını stimullaşdırmaq məqsədilə üzvi həlledici, səthi aktiv maddə və metal nano-hissəcik-lərdən ibarət xüsusi nano-məhlul işlənmişdir. Palçıq Pilpiləsi yatağında nano-sistemin laya vurulması aralarında 1-2 saat fasilə verməklə 2-3 mərhələli tədbir kimi həyata keçirilmişdir. Bu üsul ilə yaradılmış təzyiqin təsiri altında məhlulun laya bərabər tərzdə yayılmasını təmin etmək üçün quyu 10-12 saat müddətinə bağlı saxlanılırdı. Palçıq Pilpiləsi yatağında görülən tədbirlər sayəsində asfalt-qatran və parafinli maddələrin çökməsinin qarşısı alınmış, quyudibi ətrafi zonadan və boru səthlərindən çöküntülər təmizlənmiş, neftin özlülüyü azaldılmışdır. Nano-sistemlərin tətbiqi quyudibi ətrafında zəif keçirici təbəqələrdə flüidlərin süzülmə zonasının genişlən-məsinə və bununla da neft hasilatının artmasına kömək etmişdir. Bibiheybət NQÇİ-də nano-tərkibli məhlul mədən rezervuarını əmtəə neftinin yığım parkı ilə birləşdirən yeraltı kollektora vurulmuşdur. Bu, karbonatlı çöküntülərin həll olması və kollektor borusunun daxili səthində nano-qatın yaranmasına gətirib çıxarmışdır. Nəticədə kollektorun təmirlərarası müddəti 4 dəfə artmışdır. Bundan əlavə, Bibiheybət yatağında yerinə yetirilmiş təcrübi işlər nano-hissəciklərlə emal edilmiş mayenin laya vurulmasının səmərəli olduğunu göstərmişdir. Layına nano-qatqılı maye vurulan quyunun təsir dairəsində olan beş hasilat quyusunun cəmi gündəlik debit artımı 1.8 t/sut təşkil etmiş, eyni zamanda su çıxarma əvvəlki ilə müqayisədə 2.5 t/sut azalmışdır. Əldə edilmiş nəticələr göstərir ki, sulaşmış və azdebitli quyularda quyudibi ətrafı zonanın xüsusi hazırlanmış nano-qatqılı məhlullar ilə emal edilməsi vazitəsilə neft hasilatını əhəmiyyətli dərəcədə artırmaq mümkündür.

Açar sözlər: neft, nano maddələr, neftvermənin artırılması, neftin nəqli

 

ƏDƏBİYYAT

Мирзаджанзаде А.Х., Магеррамов А.М., Юсифзаде Х.Б. и др. Изучение влияния наночастиц железа и алюминия на процесс повышения интенсивности газовыделения и давления с целью применения в нефтедобыче. Bakı Universitetinin Xəbərləri, Təbiət elmləri seriyası, No. 1, 2005, с. 5-13.

Мирзаджанзаде А.Х., Юсифзаде Х.Б., Шахбазов Э.К., Кязимов Э.А. и др. Научные основы разработки и внедрения нанотехнологий в нефтяной промышленности. Нано-наука и нанотехнологии. Энциклопедия систем жизнеобеспечения. UNESCO-EOLSS, Москва, раздел 2.12, 2010, с. 554-570.

Простаков С.М., Дрикер Б.Н., Ремпель С.И. Определение параметров зародышеобразования сульфата кальция различными методами. Журнал прикладной химии, Т. 5, No. 11, 1982, с. 2576-2579.

Хавкин А.Я. Нанотехнологии в добыче нефти. Нефтяное хозяйство, No. 6, 2007, с. 58-60.

Шахбазов Э.К. Нанотехнологии в нефтяной промышленности. Баку, 2012, 230 с.

Шахбазов Э.К., Дышин О.А. Научные основы системы НАНО-ПАВ для бурения и добычи нефти и газа. SOCAR. Баку, 2011, 59 с.

Шахбазов Э.К., Исмаилов Ф.С., Мурсалова М.А. Повышение эффективности процессов нефтегазодобычи с использованием композиционных реагентов НАНО-ПАВ. В: Nanotexnologiyalar və onların texnikada tətbiqi, I beynəlxalq konfransın materialları. Bakı, 2011, с. 189-192.

Шахбазов Э.К., Кязимов Э.А., Джаббарова К.Ш., Алиев Дж.А. Наносистемы для повышения эффективности нефтедобычи в Азербайджане. В материалах V Международной конференции «NANOTECHOILGAS-2016». Москва, РГУ нефти и газа (НИУ) имени И.М.Губкина, 22-23 ноября 2016 г., с. 89-90.

Шахбазов Э.К., Мурсалова М.А. «Эффект малых концентраций и возмущений»: НАНО-ПАВ для процессов нефтедобычи. Изд. SOCAR НИПИ «Нефтегаз». Баку, 2016, 38 с.

Юсифзаде Х.Б., Шахбазов Э.К. Разработка и внедрение нанотехнологий в нефтегазодобыче. SOCAR. Баку, 2011, 108 с.

Shahbazov E.G., Bagirov A.C., Aliyev C.A. Application of nanosystems for improving residual oil recovery in aging fields. Journal “Scientific Israel ‒ Technological Advantages”, V. 20, No. 5, 6, 2018, pp.81-84.

Şahbazov E.Q. Neft sənayesində elmi məqalələr toplusu. Elm. Bakı, 2019, 120 s.

DOI: 10.33677/ggianas20200100041