Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2020
Məqaləni yüklə fullIssue_icon

Bibiheybət braxiantiklinalinin şərq qanadinda sürüşmə proseslərinin inkişafinin elektrik kəşfiyyati üsulu ilə tədqiqi

Salamov Ə.M., Qədirov A.H., Muxtarov A.Ş., Zamanova A.H., Qasımov E.E.

AMEA Geologiya və Geofizika İnstitutu AZ1143, Bakı, H.Cavid prosp., 119: avazsalamov@mail.ru

Xülasə

A-
A+
 Məqalədə Bibiheybət braxiantiklinalının şərq qanadında baş vermiş sürüşmə prosesinin Şaquli Elektrik Zondlama (ŞEZ) üsulu ilə tədqiq edilməsindən bəhs edilir. Tədqiqat sahəsinin üst hissəsində əsasən dəniz mənşəli dördüncü dövr eopleystosen, pleystosen və kontinental holosen yaşlı delü-vial çöküntülər inkişaf etmişdir.Sahənin geoloji mühiti mürəkkəb geoloji və neotektonik proseslərin təsirinə məruz qalmışdır.

Geofiziki tədqiqatlar doqquz profil üzrə aparılmış və alınmış məlumatlar əsasında şaquli fərz olunan elektrik müqaviməti və geoelektrik kəsilişlər qurulmuşdur. Geoelektrik kəsilişlər əsasında yenidən ehtimal olunan litoloji-geofiziki kəsilişlər tərtib edilmişdir. Geofiziki tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, geoloji kəsilişi təşkil edən süxurların fərz olunan elektrik müqavimətləri ρf və xüsusi elektrik müqavimətləri ρx müvafiq olaraq 0.5…80 Ом·м və 0.3…90 Ом·м arasında dəyişir.
Aparılmış geofiziki tədqiqatlarla ərazinin geoloji kəsilişini təşkil edən litoloji tərkiblər 50 m dərinliyə qədər bölgülərə ayrılmış, ehtimal olunan sürüşmə kütləsinin qalınlığı və sürüşmə müstəvisinin yatma dərinliyi müəyyən edilmiş, ehtimal olunan qırılma pozulmaları aşkar edilərək izlənilmiş, sürüşmə kütləsinin 3D geofiziki modeli tərtib edilmişdir. Geoloji kəsilişdə yer səthinə yaxın birinci qat müxtəlif süxur qırıntılarından (sürüşmə kütləsi), delüvial çöküntülərdən, müvafiq olaraq növbəti qatlar gillərdən, gillərin az qalınlıqlı qumlarla növbələşməsindən, qumlu gillərdən, gillərin zəif sementləşmiş qumdaşı qatları ilə növbələşməsindən təşkil olunmuşdu. Sahənin geoloji kəsilişində kollektor xüsusiyyətli süxurların və qırılma pozulmalarının mövcudluğu sürüşmə kütləsində müxtəlif mənşəli suların toplanması üçün əlverişli şəraitin formalaşmasına səbəb olur ki, bu da öz növbəsində sürüşmə proseslərini aktivləşdirir.
Aparılmış tədqiqatlar nəticəsində Bibiheybət braxiantiklinalının şərq qanadında sürüşmə proseslərini aktivləşdirən faktorların olması müəyyən edilmişdir.

Açar sözlər: geofizika, torpaq sürüşməsi, elektrik kəşfiyyatı, müqavimət, braxiantiklinal, qırılma

 

ƏDƏBİYYAT

Aliyev F.Sh. Exogenous geological processes in Azerbaijan Republic, method of their study and principles of forecasting. Chashiogu. Baku, 2002, 208 p. (in Azerbaijani).

Aliyev F.Sh., Salamov A.M., Alizadeh Kh.A., Gyul A.K., Mammadov Y.G. Geomorphological and technogenic preconditions of Bailov slope landslides (volume-graphic model). Proceedings of ANAS. The sciences of Earth, 2008, No. 2, pp. 63-73 (in Russian).

Aliyev Ch.S. Radioactive and geochemical characteristics of Meso-Cenozoic deposits of eastern Azerbaijan and their correlation. Proceedings of ANAS. The sciences of Earth, 2005, No. 4, pp. 24-27 (in Russian).

Alizadeh S.A., Bayramov A.A., Mammadov A.V., Shirinov N.Sh. Geology of Quaternary sediments of Azerbaijan. Elm. Baku, 1978, 159 p. (in Russian).

Areas exposed to landslide in the territory of the Azerbaijan Re-public. Oguz Eli. Baku, 2008, 200 p. (in Azerbaijani).

Eppelbaum L.V. Geophysical potential fields: geological and environmental applications. Elsevier. Amsterdam – N.Y., 2019, 465 p.

Galin D.L. Interpretation of engineering geophysics data. Nedra. Moscow, 1989, 114 p. (in Russian).

Geology of Azerbaijan. V. II (compiled by Aliyev Ad.A., Aliyev Ch.S., Feyzullayev A.A. et al.). Elm. Baku, 2015, 372 p. (in Azerbaijani).

Kadirov F.A. Gravitational field and models of the deep structure of Azerbaijan. Nafta-Press. Baku, 2000, 112 p. (in Russian).

Mammadov V.A., Salamov A. M., Khalilova H. Kh. Study of the anthropogenic impact on the change of geoecological conditions of the Khojahasan lake, Azerbaijan. Journal of mining institute, V. 239, 2019, pp. 603-610, DOI: 10.31897/PMI.2019.5.603.

Mukhtarov A. Sh. Some aspects of formation of thermal field in the Caspian region. Proceedings of the ANAS Geology Institute, No. 31, 2004, pp. 141-147 (in Russian).

Popov E.A., Ten K.M., Funtikov G.N., Selyakov V.I., Glushko S.P. Guidelines for the use of VES for the detailed stratification of the section in solving geological and engineering- geological problems. Rotaprint. Moscow, 1990, 52 p. (in Russian).

Salamov A.M., Gabibov F.G., Salamov F.A. Research of landslide processes on the right-bank part of Mingechaur water reservoir by means of electric prospecting methods. Bulletin of Volgograd State University of architecture and civil engineering. Series: construction and architecture, No. 3(76), 2019, pp. 40-49 (in Russian).

Vekilov B.G. Quaternary deposits of the Pre-Caspian zone of Eastern Azerbaijan. Doklady AS of Azerb.SSR, Vol. XIII, No. 2, 1956 (in Russian).

Yakubov A.A., Atakishiev I.S. Geothermal research of oil and gas fields of Absheron. Azerneshr. Baku, 1973, 88 p. (in Russian).

Yakubowski Yu.V., Renard I.V. Electrical survey. Nedra. Moscow, 1991, 347 p. (in Russian).

DOI: 10.33677/ggianas20200100039