№ 1,
2019
Məqaləni yüklə
Arxeogeofiziki üsullarin Alxantəpə arxeoloji abidəsi ərazisində tətbiqinin nəticələri (Azərbaycan)
1 – AMEA Geologiya və Geofizika İnstitutu AZ1143, Bakı şəh., H.Cavid prosp., 119A: rafiqsafarov@gmail.com
2 – AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu AZ1073, Bakı şəh., H.Cavid prosp., 115: tufan_akhundov@mail.ru
Xülasə
A-
A+
Arxeoloji abidələrin aşkarlanması və ilkin tədqiqində kiçik dərinliklər geofizikasının tətbiqi metodunun və texnologiyasının hazırlanması məqsədilə Azərbaycan ərazisinin Alxantəpə arxeoloji zonasında bir sıra geofiziki tədqiqatlar sınaqdan keçirilmişdir. İstifadə edilən arxeogeofiziki üsulların müxtəlif tipli obyektlərin müəyyən edilməsində həssaslığı nəzərə alınmış və nəticələrin etibarlılığı Alxantəpə arxeoloji abidəsi üzərində yoxlanılaraq, obyektin üçölçülü məkan və zaman modelləri tərtib edilmışdir. Tədqiqat ərazisində relyef xüsusiyyətlərinin öyrənilməsi üçün yük-sək dəqiqlikli nivelirləmə, ehtimal olunan arxeoloji obyektlərin (boşluqlar, qırılmalar və s.) aşkarlanması məqsədilə yüksək dəqiqlikli qravitasiya sahə ölçmələri, ərazinin təbii radiasiya fonunun təyini və anomal zonaların aşkar edilməsində piyada qamma-planalma işləri həyata keçirilmişdir. Bu üsulların ölkəmizdə tətbiqi arxeoloqların axtarış imkanlarını genişləndirə bilər, digər tərəfdən – sənaye işlərinin planlaşdırılması (neft-qaz kəmərlərinin çəkilisi, neft-qaz terminallarının və neft quyularının yerlərinin seçilməsi və s.) mərhələsində ərazidə mövcud olan arxeoloji abidələri nəzərə almağa, layihələrə lazım olan düzəlişləri verməyə və preventiv tədbirlər görməyə imkan verər.
Açar sözlər: arxeogeofiziki üsullar, Alxantəpə, preventiv arxeologiya, qamma-planalma
ƏDƏBİYYAT
Akhundov T.I. The South Caucasus on the threshold of the metal age. Context and connection: essays on the archaeology of the ancient Near East in honour of Antonio Sagona (Orientalia Lovaniensia Analecta). Peeters Publishers. Hard-cover, 2018, pp. 49-77.
Akhundov T.I. 20 days in Astara. Baku, 2009, 112 p. (in Azerbaijani).
Akhundov T I. Alkhantepe – an early bronze age settlement in Azerbaijan. Transactions of the Institute of the history of material culture, № 10, St.-Petersburg, 2014, pp. 78-92 (in Russian).
Clark A. Seeing beneath the soil. Prospecting methods in archaeology. ISBN 0-415-21440-8. B.T.Batsford Ltd. London, 1990, 196 p.
Jafarov A. Preliminary results of Paleolithic archeological expeditions. Archeological researches in Azerbaijan, 2001. Baku, 2002, pp. 25-28 (in Azerbaijani).
Makhmudov F. Culture of southeastern Azerbaijan in the Bronze Age and early Iron Age. Nafta-Press. Baku, 2008, 216 p. (in Russian).
Martynov A.I., Sher Ya.A. Geophysical methods in architectural-archaeological researches. Research problems of architectural monuments. Moscow, 1990, pp. 102-113 (in Russian).
Mirzazadeh A.A. Mughan material-cultural monuments. Nargiz. Baku, 2016, 160 p. (in Azerbaijani).
Prudkina M.I., Shashkin V.L. Handbook of radiometric survey and radiometric analysis. Energoatomizdat. Moscow, 1984, 168 p. (in Russian).
Prudkina M.I., Shashkin V.L. Handbook of radiometric survey and radiometric analysis. Energoatomizdat. Moscow, 1984, 168 p. (in Russian).
Radiation safety norms. SanPiN 2.6.1.2523-09. RTN 99/2009 FCH and E. Moscow, 2009, 106 p. (in Russian).
Temporary methodological guidelines for pedestrian gamma-survey in radiation study of urbanized areas. 1986, 17 p. (in Russian).
DOI:
10.33677/ggianas20190100023