№ 2,
2018
Məqaləni yüklə
Pirsaat və Çiqilçay çaylararasi sahədə geomorfosistemlərin ekogeomorfoloji gərginliyinin morfometrik qiymətləndirilməsi (Böyük Qafqazin cənub-şərq hissəsi)
Bakı Dövlət Universiteti, AZ1148, Bakı şəh., Z.Xəlilov küç., 23: mehbaliyevmehman@gmail.com
Xülasə
A-
A+
Tədqiqat işinin əsas məqsədini Pirsaаt və Çiqilçay çaylararası sahədə geomorfosistemlərin ekogeomorfoloji gərginliyinin morfometrik qiymətləndirilməsi təşkil edir. Tədqiqat obyektinin sahəsi 2392,33 kv.km-dir. Burada Pirsaat, Qozluçay, Çiqilçay və Ceyrankeçməz çaylarının hövzələri yerləşmişdir. Tədqiqat rayonu dağlıq relyefə malikdir. Tədqiqat işi 1:100000 miqyaslı topoqrafik xəritə əsasında yerinə yetirilmişdir. Xəritə üzərində 425 yamac ayrılmış, onların meyilliyi, üfüqi və şaquli parçalanması, baxarlığı 5 ballıq sistem üzrə qiymətləndirilmişdir. Ekogeomorfoloji gərginliyə görə yamacların təsnifatı işlənib hazırlanmışdır: çox zəif, zəif, orta, yüksək, çox yüksək. Bu qiymətləndirmə əsasında Pirsaat və Çiqilçay çaylararası sahənin geomorfosistemlərinin ekogeomorfoloji gərginliyinin xəritə-sxemi 1:100000 miqyasında kartoqram üsulu ilə tərtib edilmişdir. Morfometrik və kartometrik işlərin, xəritənin təhlili göstərir ki, tədqiq olunan ərazidə orta dərəcədə ekogeomorfoloji gərginliyə malik ərazilər geniş yayılmışdır. Onlar təldqiqat ərazisinin 42,13%-ni əhatə edir. Müxtəlif ekogeomorfoloji gərginliyə malik yamacların yüksəklik qurşaqları üzrə paylanma xüsusiyyətləri tədqiq edilmiş və müəyyən olunmuşdur ki, yamacların paylanmasında şaquli zonallıq mövcuddur.
Açar sözlər: morfometriya, ekogeomorfologiya, relyef, diklik, gərginlik
ƏDƏBİYYAT
Alizade E.K. 2003. Ecological and geomorphological, the most dangerous zones of Eastern Transcaucasia. Assessment and management of natural risks. Materials of the All-Russian conference “Risk-2003”, Moscow. The Peoples’ Friendship University of Russia, V. 1, 2003, pp. 37-42 (in Russian).
Budagov B.A. Main geographical problems of environmentally balanced development of the Republic of Azerbaijan. BSU News, A series of Natural Sciences, Geography, № 1, 1999, pp. 164-189 (in Russian).
Guliyev R.Y. Methods of determining and regularizing the regional distribution of indicators of Talysh eco-geomorphological tensions. BSU News, A series of Natural Sciences, Geography, № 2, 2007, pp. 159-165 (in Russian).
Guliyev R.Y. To the methods of morphometric assessment of the intensity of the eco-geomorphological situation. BSU News, A series of Natural Sciences, Geography, № 3, 2006, pp. 151-158 (in Russian).
Khalilov G.A. Ecological geomorphology and science integration. BSU News, A series of Natural Sciences, Geography, № 1, 2002, pp. 210-215 (in Russian).
Likhacheva E.A., Kichigin A.N., Pashenko V.P., Timofeev D.A. Terrain properties: ecological, engineering, aesthetic (invitation to discussion). Geomorphology, № 4, 2003, pp. 33-39 (in Russian).
Lyubimov M.P. On the relativity of strict frameworks and definitions of the terms of relief properties: environmental, engineering, aesthetic (continuation of the discussion). Geomorphology, № 1, 2005, pp. 19-23 (in Russian).
Mamedov S.G. Ecological and geomorphological features of the Girdimanchay and Velvelechay basins and their analysis in GIS-format. Abstract of dissertation of the cand. of geog. Sciences. Baku, 2007, 20 p. (in Russian).
Tanriverdiyev K.K., Safarova S. Ecological and geomorphological studies of the Lesser Caucasus. BSU News, A series of Natural Sciences, Geography, № 1, 2006, pp. 160-166 (in Russian).
Zhidkov M.P., Likhacheva E.A. The Alps and the Caucasus – relief aesthetics. Geomorphology, №.3, 2002, pp. 61-73 (in Russian).
DOI:
10.33677/ggianas20180200019