№ 2,
2018
Məqaləni yüklə
Xizi inzibati rayonu ərazisi landşaftlarinin həssasliq dərəcəsinə görə qiymətləndirilməsi (Böyük Qafqazin cənub-şərq hissəsi)
Azərbaycan Milli Elmlər Akademiyası akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı şəh., H.Cavid prospekti, 115
Xülasə
A-
A+
Landşaft planlaşdırılması ərazidə təbiəti mühafizə və insanların təsərrüfat fəaliyyəti ilə bağlı bütün subyektləri cəlb edir, təbiətdən səmərəli istifadə edənlərin diqqətini çəkir, müvafiq problemlərin həlli üçün tədbirlər planının hazırlanmasında yardımçı rolunu oynayır. Bu amillər nəzərə alınmaqla, Xızı inzibati rayonunda landşaft planlaşdırılmasının köməkliyi ilə ərazinin şaquli və üfüqi parçalanma dərəcəsi, yamacların meyilliyi və baxarlılığı öyrənilməklə landşaftların həssaslıq dərəcəsinin qiymətləndirilməsi aparılmışdır. Ərazidə landşaftların həssaslıq dərəcəsi beş hissəyə – dayanıqlı, nisbətən dayanıqlı, nisbətən dayanıqsız, dayanıqsız və olduqca dayanıqsız – bölünmüşdür. Sonda təbiətdən istifadə və ərazinin davamlı inkişafı yolları qeyd edilməklə daha zəruri hesab edilən elmi-praktiki nəticələr verilmişdir.
Açar sözləri: Xızı inzibati rayonu, landşaftlar, planlaşdırma, əhali, Altıağac Milli parkı
ƏDƏBİYYAT
Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. XIX cild, Bakı, 2011, 820 s.
Azərbaycan Respublikasının konstruktiv coğrafiyası. (Budağov B.Ə. redaktəsi altında). 3 cilddə, III cild, Avropa. Bakı, 2003, 256 s.
Ibrahimov T.O. Landşaft tədqiqatları və onların ekoloji problemləri. Elm. Bakı, 2015, 384 s.
Qəribov Y.Ə. Azərbaycan Respublikasının müasir landşaftlarının antropogen transformasiyası. Mars Print. Bakı, 2011, 299 s.
Qəribov Y.Ə. Azərbaycan Rеspublikası təbii landşaftlarının optimallaşdırılması. AzTU mətbəəsi. Bakı, 2012, 216 s.
Məmmədov Q.Ş. Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları. Elm. Bakı, 2007, 660 s.
Məmmədov R.M. Azərbaycanda landşaft planlaşdırılması (ilk təcrübə və tətbiq). Bakı, 2009, 142 s.
Namazova S.N. Xızı inzibati rayonunun davamlı inkişafı və landşaft planlaşdırılmasının qiymətləndirilməsi. Pedaqoji Universitet Xəbərləri, təbiət elmləri bölməsi, № 4, 2014, s. 70-72.
Süleymanov M.Ə. Azərbaycanın təbii və antropogen landşaftlarının coğrafi qanunauyğunluqları. Əbilov, Zeynalov və oğulları. Bakı, 2005, 248 s.
Ализаде Э.К., Тарихазер С.А. Экзоморфодинамика рельефа гор и ее оценка. Victory. Баку, 2016, 236 c.
Будагов Б.А. Современные естественные ландшафты Азербайджанской ССР. Элм. Баку, 1988, 135 с.
Казаков Л.К. Ландшафтоведение (природные и антропогенные ландшафты). МНЭПУ. Москва, 2004, 264 с.
Миллер Г.П. Ландшафтные исследования горных и предгорных территорий. Вища школа. Львов, 1974, 202 с.
DOI:
10.33677/ggianas20180200018