№ 1,
2006
Məqaləni yüklə
Cənubi-Şərqi Qafqazin Qovdağ-Sumqayit üstəgəlmə kompleksi infrastrukturunun diferensial yerdəyişməyə uğramжş tektonik lövhələri
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Məqalədə son illərin geoloji-geofiziki tədqiqatlarının nəticələri əsasında Qovdağ-Sumqayıt zonasının geoloji quruluşunun icmalı verilir. Zona Cənub-Şərqi Qafqazın tektonik laylara parçalanmış alp örtüyünün tərkib hissəsi olan mürəkkəb quruluşlu allohton kompleksi kimi təsvir edilir. O, təbaşir və paleogen-miosen yaşlı (pont yarusu istisna olmaqla) süxurlardan ibarət olan müxtəlif ölçülü tektonik təpəqələrdən təşkil olunmuş və tektogenezin misen mərhələsində yaranmışdır. Allohton kompleksinin daxili quruluşu, həmçinin avtohton, paravtohton, allohton və neoavtohton komplekslərinin əlaqəli münasibətləri barədə izahat verilir. Əvvəlкi mülahizələrdən fərqli olaraq, tektonik üstəgəlmələrin regional inkişafına aid nəticə çıxarılır və onların Abşeron vilayəti ərazisində izlənilməsi barədə fikir irəli sürülür.