№ 2,
2018
Məqaləni yüklə
Azərbaycanin hüdudlarinda Böyük Qafqazin cənub yamacinin müasir strukturu və aktiv tektonikasi (Mazimçay-Pirsaat çayarasi) Məqalə II – Aktiv tektonika
1 – Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu, AZ1143, Bakı şəh., Hüseyn Cavid prosp.,119: tkangarli@gmail.com
2 – Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji-Kəşfiyyat Xidmətinin Geofiziki Ekspedisiyası, AZ 1117, Azərbaycan, Bakı şəh., Natavan küç.,16
3 – AMEA Seysmoloji Xidmətinin Respublika Mərkəzi, AZ 1117, Azərbaycan, Bakı şəh., N.Rəfibeyli küç., 25
Xülasə
A-
A+
Təqdim edilən material Böyük Qafqazın cənub yamacının dərinlik quruluşu və geodinamik aktivliyinin Azərbaycan hüdudlarında xüsusiyyətlərinin işıqlandırılmasına həsr edilmiş yekun məqalədir. Məqalədə Cənubi və Şimali Qafqaz mikroplitələrinin qovuşma zolağında altaçəkilmə (psevdosubduksiya) mexanizminin fəaliyyəti baxımından regionun aktiv tektonikasına baxılır.
Tektogenezin hazırki mərhələsində Ərəbistan və Avrasiya qitələrinin kollizion yaxınlaşması təsirindən regionda baş verən yan sıxılma yüksək seysmik və geodinamik aktivliyə səbəb olur. Təqdim edilən məqalədə seysmoloji məlumatların, həmçinin müasir geodinamik aktivliyin GPS-monitorinqi nəticələrinin təhlili və təfsiri aparılmış və bunların dərinlik quruluşunun xüsusiyyətləri ilə korrelyativ əlaqələri müəyyən edilmişdir. GPS-monitorinqin məlumatları Cənubi Qafqaz mikroplitəsinin şimala doğru intensiv hərəkətini sübuta yetirir. Tarixən və yaxınlarda (2017-ci ilədək) baş vermiş seysmik hadisələrin təhlili və korrelyasiyası zəlzələ ocaqlarının əsasən müxtəlif istiqamətli aktiv yarılmaların kəsişmə düyünlərinə və yaxud dərinlik tektonik qopardılma səthləri və müxtəlif kompetentliyə malik maddi komplekslərin dayanıqsız təmasları üzrə lateral yerdəyişmə zonalarına uyğun olduğunu göstərir. Seysmik hadisələrin fokal mexanizmləri müxtəlif, əksərən subşaquli, fay və fay-yerdəyişmə xüsusiyyətli hərəkət müstəvilərinin mövcudluğunu göstərir, lakin ümumilikdə zəlzələ ocaqları “ümumqafqaz” və “antiqafqaz” istiqamətli yarılmaların kəsişmə düyünlərinə təsadüf edir. 2012-2017-ci illərin seysmik hadisələri,akkresiya prizmasının altına çəkilən Cənubi Qafqaz mikroplitəsinin şimal kənar strukturlarının tektogenezin müasir dövründə maksimal seysmik aktivliyinə dəlalət edir. Tədqiqatların nəticələri Böyük Qafqaz və Alp-Himalay qırışıqlıq zolağının həmsərhəd əyalətlərinin real zamanda geodinamik və seysmik aktivlik səbəblərinin tədqiqi nöqteyi-nəzərindən istifadəsi baxımından maraq doğurur.
Açar sözlər: Böyük Qafqaz, Alp örtüyü, Yurayaqədər təməl, Yer qabığı, aktiv yarılma, müasir geodinamika, zəlzələ, fokal mexanizm, gərginlik vəziyyəti, dizyunktiv düyün
ƏDƏBİYYAT
Akhmadbeili F.S., Ismail-zade A.J., Kengerli T.N. Geodynamics of East Caucasus in Alpine tectonic-magmatic cycle (Azerbaijan). Proceedings of Geology Institute ANAS, № 30, 2002, pp. 36-48 (in Russian).
Aliyev F., Kangarli T., Aliyev A., Vahabov U. Recent geodynamics and seismicity of the Greater Caucasus (within Azerbaijan). Proceedings of the 36th National and the 3rd International Geosciences Congress. 2018 http://36nigc.conference.gsi.ir/en .
Alizadeh Ak.A., Kangarli T.N., Aliyev F.A. Tectonic stratification and seismicity of the accretionary prism of the Azerbaijani part of Greater Caucasus. Proceeding of European Geosciences Union (EGU) General Assembly 2013 http://meetingorganizer.copernicus.org/EGU2013/EGU2013-445-1.pdf
Geology of Azerbaijan, V.IV. Tectonics (editors V.Y. Khain and Ak.A. Alizade). Nafta-Press. Baku, 2005, 506 p. (in Russian).
Kadirov F., Mammadov S., Reilinger R., McClusky S. Some new data on modern tectonic deformation and active faulting in Azerbaijan (according to Global Positioning System Measurements). Proseeding of ANAS. The Sciences of Earth, № 1, 2008, pp. 82-88.
Kadirov F., Safarov R., Mammadov S. Crustal deformation of the Caucasus region derived from GPS measurements. Proceedings of the 36th National and the 3rd International Geosciences Congress. 2018. http://36nigc.conference.gsi.ir/en.
Kadirov F.A. Safarov R.T. Deformation of Earth crust of Azerbaijan and adjacent territories according to data of GPS-measurements. Proceedings of ANAS, The sciences of Earth, № 1, 2013, pp. 47-55 (in Russian).
Kadirov F.A., Floyd M., Reilinger R., Alizadeh Ak.A., Guliyev I.S., Mammadov S.G., Safarov R.T. Active geodynamics of the Caucasus region: implications for earthquake hazards in Azerbaijan. Proceedings of ANAS. The Sciences of Earth, № 3, 2015. pp. 3-17.
Kadirov F.A., Kadirov A.G., Aliyev F.A., Mammadov S.K., Safarov R.T. GPS-monitoring and seismicity of collision zone of Azerbaijan area of the Greater Caucasus. Proceedings of ANAS. The sciences of Earth, № 3, 2009, pp. 12-18 (in Russian).
Kangarli T., Aliyev F., Aliyev A., Rashidov T. Geodynamics and active faults of the pseudo-subduction zone in Greater Caucasus on the basis of seismological data (within Azerbaijan). European Geosciences Union (EGU) General Assembly 2018. http://meetingorganizer.copernicus.org/EGU2018/EGU2018-6713.pdf
Kangarli T.N. Mass overthrust within the structure of Greater Caucasus (Azerbaijan). In: The modern problems of geology and geophysics of Eastern Caucasus and the South Caspian depression. Nafta-Press. Baku, 2012, pp.163-201.
Kangarli T.N., Aliyev A.M., Aliyev F.A., Rahimov F.M. Seismotectonic zoning of Azerbaijan territory. Proceeding of European Geosciences Union (EGU) General Assembly 2017a. http://meetingorganizer.copernicus.org/EGU2017/EGU2017-12778.pdf
Kangarli T.N., Aliyev F.A., Aliyev A.M., Vahabov U.G. Active tectonics and focal mechanisms of earthquakes in the pseudosubduction active zone of the North- and South-Caucasus microplates (within Azerbaijan). Geophysical journal, Institute of Geophysics of Ukrainian NAS, V. 39, № 4, 2017b, pp. 101-104.
Kangarli T.N., Aliyev F.A., Rahimov F.M., Murtuzov Z.M. Tectonics, recent geodynamics and seismicity of Azerbaijan part of the Greater Caucasus. Proceeding of European Geosciences Union (EGU) General Assembly. 2016. http://meetingorganizer.copernicus.org/EGU2016/EGU2016-385-1.pdf
Kangarli T.N., Akhundov A.B. Surface and deep structure of south slope of the Greater Caucasus. Soviet Geology, № 10, 1988, pp. 42-52 (in Russian).
Kangarli T.N., Veliyev G.O. Directions and results obtained from Ismailly-Shamakha test site research according to earthquake forecast. Earthquakes prediction. Dushanbe-Moscow, DONISh, № 10, 1988, pp. 172-185 (in Russian).
Khain V.Y. Regional geotectonics. Alpine Mediterranean belt. Nedra. Moscow, 1984, 344 p. (in Russian).
Khain V.Y. Tectonics of continents and oceans, 2000. Nauchniy mir. Moscow, 2001, 606 p. (in Russian).
Rzayev A.G., Yetirmishli G.D., Kazimova S.E. Reflection of geodynamic regime of variational tension of geomagnetic field (southern slope of the Greater Caucasus as a case study). Proceedings of ANAS. The sciences of Earth, № 4, 2013, pp. 3-15 (in Russian).
Telesca L., Kadirov F., Yetirmishli G., Safarov R., Babayev G., Ismaylova S. Statistical analysis of the 2003-2016 seismicity of Azerbaijan and surrounding areas. Journal of Seismology, 2017, pp. 1467-14-85: DOI 10.1007/s10950-017-9677-x
Yetirmishli G.J., Kazimova S.E., Ismailova S.S. Focal parameters of the Zagatala earthquake on May 7, 2012. Catalogue of Seismoforecasting research carried out in Azerbaijan territory in 2012. V.11, № 1, 2014, pp. 14-18.
Yetirmishli G.J., Kazimova S.E., Ismailova S.S., Garaveliyev E.S. 2016. Dynamic and kinematic characteristics of earthquakes of Sheki-Oguz region. Proceedings of ANAS. The Sciences of Earth, № 3-4, pp. 28-36.
DOI:
10.33677/ggianas20180200014