№ 1,
2018
Məqaləni yüklə
Azərbaycanda ağciyər xəstələrinin və radonun miqdarinin səviyyəsinin müqayisəli təhlili
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Beynəlxalq Radiasiyadan Müdafiə Təşkilatının məlumatlarına əsasən, əhalinin təbii mənbələrdən şüalanma dozasının 40-75%-i radon və onun parçalanma məhsullarının payına düşür. 1987-ci ildən etibarən radon və onun parçalanma məhsulları insan üçün kanserogen elementlər qrupuna aid edilmişdir. Azərbaycanda yaşayış məntəqələrində radon konsentrasiyasının müəyyən edilməsinə həsr olunmuş irimiqyaslı tədqiqatlar 2010-2011-ci illərdə həyata keçirilmişdir. 2014-cü ildən başlayaraq bu tədqiqatlar Dövlət Proqramı (2014-2018) çərçivəsində davam etdirilmişdir. Məqalədə Azərbaycanda əhalinin ağciyər xərçəngi ilə xəstələnmə göstəricisi və radon konsentrasiyaları arasında aparılmış korrelyasion analizin xarakterik nəticələri təqdim olunmuşdur. 2012-2015-ci illər üçün müəyyən edilmiş korrelyasion əmsallar 0,5-0.8 intervalında dəyişir ki, bu da yuxarıda adı çəkilən göstəricilər arasında əlaqənin mövcudluğunu təsdiq edir.
ƏDABİYYAT
Alieyv Ch.S., Feyzullayev A.A., Baghirli R.J., Makhmudova F.F. Regularities of radon distribution on the territory of Azerbaijan and controlling factors. Geophysics, Moscow, №1, 2017, pp. 72-73 (in Russian).
Darby, S., Hill, D., Doll, R. Radon: A likely carcinogen at all exposures. Annals of Oncology, №12 (10), 2001, 27 p.
WHO. Radon and health, Media Centre. Fact sheet № 291, 2016. http://www.who.int/news-room/fact-sheets/detail/radon-and-health
WHO. Handbook on Indoor Radon: A Public Health Perspective. Geneva: World Health Organization, 2009, 95 p.
DOI:
10.33677/ggianas20180100011