№ 1,
2018
Məqaləni yüklə
Səpələnmiş maye karbohidrogen amili, onun fiziki-termodinamiki mahiyyəti və qaz-kondensat yataqlarının istismarında əhəmiyyəti haqqında
Azərbaycan MEA Neft və Qaz İnstitutu, AZ1000, Bakı, F. Əmirov, 9
Xülasə
A-
A+
Məqalədə Azərbaycanın və Rusiyanın bir sıra yataqlarının mədən və termodinmiki tədqiqat məlumatlarından istifadə etməklə retroqrad kondensasiya təzyiqindən böyük təzyiqlərdə qaz-kondensat yataqlarında mövcud olan maye fazasının, yəni səpələnmiş maye karbohidrogenin (SMK) yaranma mexanizmi araşdırılmış və onun üç növü müəyyən edilmişdir. Bunlar lay sistemində hətta yüksək təzyiqlərdə belə, qaz fazasına keçə bilməyən ağır maye komponentlərin olması, yüksək təzyiqlərdə sistemin yenidən kondensasiya etməsi və lay şəraitində retroqrad kondensasiyanın səthi qüvvələrin təsirindən daha böyük təzyiqlərdə başlaması hesabına yaranan kondensatdır. Təcrübi nəticələrin təhlili əsasında SMK-nın yataq şəraitində yerləşmə vəziyyəti qiymətləndirilmişdir. SMK yatağın uzun illər ərzində formalaşması müddətində dənəciklərin səthinə adsorbsiya edərək süxur səthi ilə sıx əlaqədə olan və lay sistemində ağır komponentlərin çox olması hesabına süxur səthi ilə zəif əlaqəyə malik, sərbəst formada olan və hidrodinamiki proseslərdə iştirak edə bilən hissələrə ayrılmışdır. Qeyd edilir ki, belə maye faza miqdarının, layda hərəkətinin və onun hasilatının qaz-kondensat yataqlarının rasional istismar üsullarının seçilməsində nəzərə alınması əhəmiyyətli ola bilər.
ƏDABİYYAT
Abasov M.T., Abbasov Z.Ya., Fataliyev V.M. et al. About phase transition during development of gas-condensate deposits. Doklady of RAS, V.6, №427, 2009, pp. 802-805 (in Russian).
Abasov M.T., Abbasov Z.Ya., Fataliyev V.M., Hamidov N.N., Mammadova G.G. Applied issues of thermodynamics during oil and gas production. Nafta-Press. Baku, 2013, 212 p. (in Russian).
Abasov M.T., Jevanshir R.D., Kondrushkin Yu.M. et al. Assessment demonstration of industrial reserves of oil and gas-condensate, analysis of current conditions and recommendations on increase of gas reserves estimation in marine fields of Caspian Sea. Azerbaijan Funds of Institute of Deep Oil and Gas fields, AS of Azerbaijan. Baku, 1994, 150 p. (in Russian)
Abbasov Z.Ya., Fataliyev V.M. About the physical nature of the retrograde condensation pressure of gas-condensate systems in the porous media condition. The reports of NAS of Azerbaijan, V. LXXI, №1, 2015, pp. 60-65.
Abbasov Z.Ya., Fataliyev V.M. Study of physics-thermodynamic processes in hydrocarbonic systems during pressure above retrograde condensation pressure. Proceedings of scientific session dedicated to 90th anniversary of academician Mitat Teimur ogly Abasov: Fundamental and applied problems of oil and gas fields development. Baku, 2016, pp. 135-186 (in Russian).
Fateyev D.G. Study of phase behavior of gas condensate fluid under conditions of abnormal high reservoir pressure. PhD thesis (Engineering Sciences). Tyumen, 2014, 132 p. (in Russian).
Feizullayev Kh.A., Aliyev I.N. Influence of hydrocarbon mixture composition on condensate recovery during development of bed by pressure depletion. SOCAR Proceedings, №3, 2014, pp. 71-76 (in Russian).
Gritsenko A.I., Nikolayev V.A., Ter-Sarkisov P.M. Extraction of components of stratum during development of gas-condensate deposits. Nedra. Moscow, 1995, 264 p. (in Russian).
Krasnova Ye.I. Study of influence of geologic-physical peculiarities in deposits upon extraction of components during development of raw hydrocarbons deposits. PhD thesis (Engineering Sciences).Tyumen, 2014, 121 p. (in Russian).
Mammadova G.G. Change patterns of physics-chemical and thermodynamic properties of fluids from gas-condensate deposits along fields of Azerbaijan. PhD thesis (Engineering Sciences). Baku, 2011, 139 p. (in Russian).
Sadykh-zade E.S., Razamat M.S., Yagubov M.S. Study of separation of oil and gas-condensate system of Bakhar field.“Oil and Gas studies”, Tyumen, 10, 1979, pp. 39-42 (in Russian).
Vasilyev V.V., Kovalenko A.P., Patrakov D.P. Exploitation peculiarities of volatile oil deposits with high gas factor of 1st May group of fields in the Middle Devonian. Oil industry, 11, 2010, pp. 58-61 (in Russian).
DOI:
10.33677/ggianas20180100003