№ 2,
2017
Məqaləni yüklə
Mirzələdi gölünün (Abşeron y/a-sı) müasir geoekoloji vəziyyəti və gölətrafı ərazidə ekzogen geoloji proseslərin modelləşdirilməsi
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Məqalədə Abşeron yarımadasının şimal-qərb hissəsində yerləşən Mirzələdi gölünün hövzəsində yerinə yetirilən geoekoloji və geofiziki tədqiqatların nəticələri verilir. Müəyyənləşdirilib ki, gölün hövzəsində sənaye və kommunal-məişət xüsusiyyətli yüklənmə artıqca su kütləsi və dib çöküntülərində çirklənmə prosesi aktivləşmişdir.
Şaquli elektrik zondlama (ŞEZ) üsulunu tətbiq etməklə geoloji kəsiliş 40 m dərinliyə qədər tədqiq edilmiş, ehtimal olunan fərqli litoloji tərkibə malik qatların qalınlıqları, pozulma xətlərinin vəziyyəti müəyyən edilmiş və gölün sahil zonasında ekzogen geoloji hadisələrin inkişafı modelləşdirilmişdir.