Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2006
Məqaləni yüklə fullIssue_icon

Cənubi Xəzər çökəkliyinin qravitasiya anomaliyaları və onların təbiəti

F.Ə.Qədirov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Son illər Cənubi Xəzər çökəkliyinin quruluşuna və inkişaf tarixinə dair yeni məlumatlar əldə edilmiş və yeni ideyalar meydana çıxmışdır. Buna baxmayaraq, çökəkliyin vahid struktur kimi əmələ gəlməsi bu günə qədər mübahisəli olaraq qalmaqdadır. Bununla əlaqədar olaraq məqalədə qitə tipli plitədən Cənubi Xəzər çökəkliyi meydana gəldikdə yarana biləcək qravitasiya anomaliyası təhlil edilir. Göstərilir ki, bu halda burada -193 mQal qiymətində bir anomaliya müşahidə olunmalı idi. Amma bunun əksinə olaraq burada normal qravitasiya anomaliyası müşahidə olunur ki, bu da hesablanan qiymətdən çox-çox fərqlənir. Hesab edilir ki, belə anomaliya Moxo sərhədi altında yerləşən daha böyük sıxlığa malik təbəqənin (mantiya plumü, mantiya diapiri və ya astenosfera çıxıntısı) qravitasiya effekti ilə kompensasiya edilir. Hesablamalar bu təbəqənin 45-135 km dərinliklər arasında yerləşdiyini göstərir.