Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2017
Məqaləni yüklə fullIssue_icon

Qaz-kondensat sisteminin faza münasibətlərinin retroqrad kondensasiya oblastından böyük təzyiqlərdə tədqiqi

Z.Y.Abbasov, V.M.Fətəliyev

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Qaz-kondensat sisteminin retroqrad kondensasiya təzyi­qin­dən böyük təzyiqlərdə mövcud nəzəri və eksperimental tədqiqat nəticələrinin təhlilindən məlum olur ki, tələb edilən eksperi­ment­lərin çətinliyi, bu eksperimentləri həyata keçirmək üçün lazım olan qurğunun mürəkkəbliyi və bahalığı bu sahədə apa­rılmış tədqiqatların sayını məhdudlaşdırır. Digər tərəfdən, təbii sistemin tərkibinin mürəkkəbliyi və bu sahədə nəzəri elmi bazanın zəifliyi prosesi xarakterizə edən riyazi modellərin yara­dılmasında çətinliklər yaradır. Lakin müasir dövrdə kəşf olunan yüksək təzyiqli qaz-kondensat yataqlarında baş verən proseslər qeyd olunan termobarik intervalın daha dərindən tədqiq olun­masını tələb edır.

“Bulla-dəniz” qaz-kondensat yatağının nümunələri əsasında həyata keçirilmiş fiziki-termodinamiki tədqiqat məlumatları və rekombinə edilmiş qaz-kondensat sistemlərinin tədqiqi əsasında retroqrad kondensasiya təzyiqindən böyük təzyiqlərdə lay sis­temində baş verən fiziki-termodinamiki proseslər araşdırıl­mış­dır. Məlum olmuşdur ki, həm boş və həm də təbii yataq şərai­tində retroqrad kondensasiya təzyiqindən böyük təzyiqlərdə ma­ye fazası mövcud ola bilər. Bu zaman qaz və maye fazala­rının fiziki və termodinamiki xüsusiyyətləri təzyiqin izotermik dəyişməsi (artması və ya azalması) zamanı müntəzəm olaraq dəyişir və fazalararası həssas mübadilə münasibətlərinin yaran­ması ilə nəticələnir.

Aparılmış hesablamalar nəticəsində məlum olmuşdur ki, retroqraq kondensasiya təzyiqindən böyük təzyiqlərdə lay sistemin maye xüsusiyyətlərinə yaxınlaşdığından onun sıxılma əmsalı kəskin şəkildə azalır. Bu, yatağın tükənmə rejimində istismarı zamanı lay təzyiqinin və enerjisinin sürətlə düşməsinə və istismar üsulunun səmərəliliyinin azalmasına səbəb olur.