Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 1, 2017
Məqaləni yüklə fullIssue_icon

Orta Kür çökəkliyinin üst təbaşir çöküntülərinin yeni məlumatlar əsasında litofasial xüsusiyyətləri, struktur və paleotektonik təhlili (Kür və Qabırrı çaylararası timsalında)

Ə.İ.Xuduzadə, Ş.X.Axundov, İ.N.Əsgərov, S.Ş.Axundov

1 – Azneft İstehsalat Birliyi, AZ0033, Bakı şəhəri, Neftçilər prospekti 73

2 – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Neftqazelmitədqiqatlayihə» İnstitutu, AZ1012, Bakı ş.,Zərdabi pr.,88A

3 – Azərbaycan texniki Universiteti, AZ1073, Bakı şəhəri, H.Cavid prospekti, 25

Xülasə

A-
A+
Kür və Qabırrı çayları arasında üst təbaşir çöküntülərinin neft və qazlılıq perspektivliyinin təyini istiqamətində əvvəlki araşdırmalar bütün region üçün ümumiləşdirilən və ekstrapol­yasiya olunan Gəncə və Muradxanlı NQR-də aparılmış ümumi­ləşdirici işlərin əsasında edilmişdir.

Elmi məqalələrin, geofiziki araşdırmaların nəticələrinin və qazıma məlumatlarının ümümiləşdirilərək sistemləşdirilməsi əcasında litofasial və struktur-tektonik xüsusiyyətlərin analizi aparılmış, Üst təbaşir çöküntülərinin səthində aşkar olunmuş qırılma pozulmalarının xarakteri və təsirləri dəqiqləşdirilmiş, ərazinin neft və qazlılıq perespektivliyi proqnozlaşdırılmışdır.

Aparılmış analizlərdən nəticə çıxartmaq olar ki, hal-hazırda tədqiq olunan regionda geoloji kəşfiyyat işlərinin aparılması üçün ən böyük perspektivliyə dərində yatan Təbaşir çöküntüləri malik olsa da, bu işlərin indiki zamanda aparılması iqtisadi cəhətdən çox çətindir.