№ 1,
2017
Məqaləni yüklə
Kiçik Qafqazın üst təbaşir yaşlı vulkanik komplekslərinin formalaşmasında dəmir-titan oksidi minerallarının petrogenetik rolu
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Məqalədə Kiçik Qafqazın üst təbaşir yaşlı: a) bazalt-andezibazalt, riolit-riodasit, b) traxibazalt-traxidolerit, tefrit-teşenit, с) traxibazalt-traxiandezit vulkanik komplekslərinin formalaşmasında dəmir-titan oksidi minerallarının yeni fiziki-kimyəvi və eksperimental tədqiqatlar əsasında petrogenetik xüsusiyyətləri araşdırılmışdır. Müəyyən olunmuşdur ki, ulvoşpinel molekulu ilə zəngin olan titanlı maqnetit möhtəvilərini daşıyan zəif təkamülə uğramış bazaltoidlər və traxidoleritlər daha dərin aralıq maqmatik ocaqlarda (16-21 km) yüksək bərpa olunmuş şəraitdə, ulvoşpinel molekulu ilə qismən kasıb olan zəif təkamülə uğramış andezibazaltlar və onların diferensiatları isə oksidləşmə şəraitində yer qabığının yuxarı horizontlarında (4-8 km) kristallaşmışdır.