№ 4,
2016
Məqaləni yüklə
Azərbaycanın yerli çaylarının su ehtiyatlarının dəyişilməsi dinamikasının giymətləndirilməsi
Bakı Dövlət Universiteti AZ1148, Bakı, Z.Xəlilov küçəsi, 23, E-mail: farda_imanov@mail.ru
Xülasə
A-
A+
Məqalədə Azərbaycanın yerli çaylarınınsu ehtiyatlarının müasir dəyişmələri qiymətləndirilmişdir. İllik axım sıralarının trend analizi nəticəsində müəyyən edilmişdir ki, Böyük Qafqazın həm cənub, həm də şimal-şərq yamaclarında çayların illik axımı artır, Naxçıvan və Lənkəran təbii vilayətlərində azalır, Kiçik Qafqaz təbii vilayətində isə bəzi çaylarda artır, bəzilərində isə azalır. 1972-ci ilə kimi olan və 1973-2010/2011-ci illəri əhatə edən dövrlər üçün çayların orta illik su sərflərinin çoxillik kəmiyyətləri müqayisə edilmiş və müəyyən olunmuşdur ki, Azərbaycanın yerli çaylarının hidroloji müşahidə məntəqələrində qeydə alınan cəm illik axımı hazırda antropogen amillərin təsiri nəticəsində əvvəlki dövrlə müqayisədə 1,642 km3 (15,9%) azalmışdır. Bu, yerinə yetirilmiş trend analizin nəticələrinə bir qədər uyğun gəlmir. Bunun səbəbi trend analizdə cəmi 20, su ehtiyatlarının qiymətləndirilməsində isə daha çox – 40 çayın məlumatından istifadə olunmasıdır.