№ 4,
2016
Məqaləni yüklə
Azərbaycan Respublikasında iqlim dəyişmələri ilə əlaqədar su ehtiyatlarının itirilmə riskinin qiymətləndirilməsi
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Azərbaycan Respublikası ərazisinin çox hissəsi arid iqlim zonasında yerləşərək daxili su ehtiyatları ilə məhdudlaşır. Bununla belə, ümumi ehtiyatların 70%-i transsərhəd çay suları hesabına formalaşır. Respublikanın su təsərrüfatı balansındakı kəsir (catışmazlıq) faktiki ehtiyatlardan 30%-dən artıqdır. Yaxın gələcəkdə bu rəqəm labüd olaraq 40%-lik qiyməti aşacaq ki, bu da su böhranının həddi olub, kənd təsərrüfatı istehsalının inkişafını, yəni ərzaq təhlükəsizliyini, sənaye istehsalını və nəticədə ümumən iqtisadiyyatı limitləşdirəcək. İqlim dəyişmələri proqnozlarının ssenariləri su ehtiyatlarının əlavə itki risklərini göstərir. Bu məqalədə respublikanın su ehtiyatlarının müasir vəziyyəti araşdırılır, riskin təhlili yerinə yetirilərək, su ehtiyatlarının həssas (zəif) cəhətlərinin müxtəlif yollarla qiymətləndirilməsi və iqlim dəyişmələri amillərinin təsiri ilə onların itirilmə riski göstərilir.