№ 4,
2016
Məqaləni yüklə
Şəki-Oğuz regionunun zəlzələlərinin dinamik və kinematik xarakteristikası
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, AZ1001, Bakı, N.Rəfibəyli küç., 25, E-mail: sabina.k@mail.ru
Xülasə
A-
A+
Məqalədə 4 sentyabr 2015-ci ildə 04s49d-də Şəki və Oğuz rayonlarının sərhədində baş vermiş güclü 7 ballıq zəlzələ təhlil edilir. Tədqiq olunan ərazinin tarixi zəlzələləri, tektonik quruluşu, epimərkəz sahəsinin xüsusiyyətləri, dərinlik üzrə ocaqların paylanması öyrənilmiş, makroseysmik tədqiqatlar aparılmışdır. Makroseysmik tədqiqatlar əsasında aşkar edilmişdir ki, zəlzələ ən intensif surətdə Qozlubulaq, Yaqublu, Turan, Sarıca, Cayqaraqoyunlu və s. qəsəbələrin ərazilərində hiss edilmişdir. Zəlzələ ocağının mexanizmi seysmik dalğaların 35 telemetrik stansiyalarla qeyd edilən geniş zolaqlı rəqəmli qeydləri əsasında təyin edilmişdir.
Ocaq mexanizminin həlli əsasında müəyyən edilmişdir ki, 4 sentyabrda 04s49d-də və 13 oktyabrda 00s13d-də Oğuz rayonunda baş verən zəlzələ ölçüsünə görə yaxın olan dartılma və sıxılma gərginliklərinin təsiri altında baş vermişdir. Hər iki müstəvidə əsas təkanın hərəkət tipi soltərəfli süruklənmədir.