№ 1,
2006
Məqaləni yüklə
Cənubi Xəzər çökəkliyinin məhsuldar qat çöküntülərinin alt və üst şöbə sularının hidrokimyəvi müqayisəsi
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
Məqalədə məhsuldar qat (MQ) alt şöbə sularının regional istiqamətdə hidrokimyəvi göstəricilərinin dəyişmə xüsusiyyətləri araşdırılır. MQ-nin alt şöbə suları, əsasən, qələvi natrium-hidrokarbonatlı, natrium-sulfat tipli olub bir sıra yataqlarda cod sedementasiya mənşəli tiplərində yatımı müşahidə olunur. Qələvi sular dərinlik modifikasiyasına istinadən gəlmə mənşəli olub, daha dərində yatan mezozoy çöküntülərindən çatlar və palçıq vulkanı kanalları ilə dolmuşdur. Qələvi suların MQ-yə miqrasiyasında Cənubi Xəzər hövzəsinin gillərindən sıxılma nəticəsində hasil olan az minerallaşmış suların da dolması istisna olunmur. Regional miqyasda MQ alt şöbə sularının minerallaşması cənubdan şimala artır. Yüksək metamorfizləşmiş qələvi sulara (Sulutəpə, Binəqədi, Neft Daşları, Bibi-Heybət yataqlarında) MQ-nin pontla pazlaşma sahəsində təsadüf olunur. Qələvi sularda naften turşusunun qatılığı (4,6 q/l) hövzənin cənubundan şimalına doğru azalır. MQ-də karbon qazının təsirindən az minerallaşmış qələvi suların lokal yatımı neft-qaz-kondensatın axtarışında əsas göstərici kimi də istifadə oluna bilər.