№ 3,
2016
Məqaləni yüklə
Abşeron yarımadasında peyk təsvirləri əsasında səhralaşma prosesləri xəritələrinin tərtib olunmasının kompleks metodikası
1 – Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115, E-mail: ramiz.mamedov@geo.ab.az
2 – Milli Aviasiya Akademiyası, 1045, Bakı, Mərdəkan pr.30,
Xülasə
A-
A+
Məqalədə peyk təsvirləri əsasında Abşeron yarımadasında səhralaşma prosesləri xəritələrinin tərtibolunma texnologiyası verilmişdir. Səhralaşmanın dərəcəsi, növü və riski, həm də yarımadanın landşaft və torpaqdan istifadə xəritələri tərtib olunmuşdur.
Peyk təsvirlərinin emalı, landşaft və torpaqdan istifadə, səhralaşmanın növü və dərəcəsi xəritələrinin tərtibi, çöl tədqiqat işlərinin nəticəsi göstərir ki, yarımadanın 3000 km2-ə yaxın ərazisinin 1445,397 km2-də bitki örtüyü deqradasiyaya uğramışdır. Digər səhralaşma növləri belədir: su eroziyası – 308,964; külək eroziyası – 43,247; şoranlaşma – 789,208; texnogen – 458,758; subasma, qrunt suları – 21,621 km2. Səhralaşma dərəcəsinə görə ərazilər isə belədir: zəif – 26,638 (1%); mülayim – 722,623 (24%); güclü – 1659,243(54%); şiddətli – 658,937 km2 (21%).
Tədqiqatların nəticələri Abşeron yarımadasında səhralaşmaya məruz qalmayan ərazinin olmadığını göstərir. Tədqiq olunan ərazinin təqribən 50%-i güclü səhralşmaya məruz qalmışdır, eyni zamanda, demək olar ki, yarımadanın 50% ərazisində bitki örtüyü deqradasiyaya uğramışdır.