Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2016
Məqaləni yüklə fullIssue_icon

Talışın (Azərbaycan) eosen yaşlı vulkanogen qatında lomontitin kristallokimyəvi xüsusiyyətləri

K.Q.Rəhimov, A.F.Bağırova, A.F.Şirinova, M.İ.Çıraqov

Bakı Dövlət Universiteti AZ1148, Bakı, Z.Xəlilov küçəsi, 23, E-mail: afashf@rambler.ru

Xülasə

A-
A+
Lomontitin quruluşunu dəqiqləşdirmək üçün qəfəs para­metr­ləri (а=14,7162(9)Å, в=13,0676(8)Å, с=7,5711(5)Å, β=111,8650(10)°, fəza qr. С2) və quruluşu təyin etmək üçün difraksiya olunmuş şüaların intensivlikləri toplusu APEX – II, CCD difrakto­metrində (MoKo-şüası) alınmışdır. Rentgen-quruluş təhlili üsulu ilə mineralın kristallokimyəvi ifadəsi dəqiqləşdirilmişdir: (Ca0.9Na0.1)(H2O)3(Al0.9Si0.1)(AlSi4O12)0,675H2O (z=4). Məlum olmuşdur ki, lomontitin quruluşunda (SiO4) tetraedrləri dörd tetraedrli halqa – Si4O12 yaradır ki, bu da (AlO4) tetraedrləri ilə dörd- və on iki üzvlü halqalı tor əmələ gətirir. İkitərtibli simmetriya oxu ilə birləşən tetraedr torları (Al8Si16O48) tərtibli karkas formalaşdırır. Tetraedr karkasında kristallokimyəvi para­metrlər: (Si-O)or. = 1.615Å, (Al-O)or. =1,736Å; (O-Si-O)or. =109,470; (Si-O-Si)or.=139,20; (O-Al-O)or.=109,50; (Si-O-Al)or. =136,70.

Karkas boşluğunda kalsium atomu dörd tetraedr oksigen və üç su molekulundan ibarət biryarımoktaedrli triqonal prizma yaradır, ((Ca,Na)-O)or.=2,448Å, ((Ca,Na)-H2O)or.=2,391Å. Koor­di­nasion və sərbəst su molekulları hidrogen rabitəsi ilə birləşərək səkkiztəpəli – ikiyarımoktaedrli triqonal prizma­for­malı klatrat əmələ gətirir.

Lomontit, vayrakit, analsim və pollusit minerallarının quru­luş­larının eyni tetraedr layından formalaşdığı müəyyən edilmiş və Ca-seolitlərin bağlayıcı xassələri kristallokimyəvi əsaslandı­rılmışdır.