Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2016
Məqaləni yüklə fullIssue_icon

Şərqi Çovdar filiz qovşağı – Kiçik Qafqazın Somxit-Qarabağ zonasının perspektivli metallogenik vahidi

V.M.Babazadə, Ş.D.Musayev, Ş.F.Abdullayeva

Bakı Dövlət Universiteti AZ1148, Bakı, Z.Xəlilov küçəsi, 23

Xülasə

A-
A+
Çovdar filiz-maqmatik sistemində geolojı-kəşfiyyat işləri nə­ti­cəsində aşağı- orta temperaturlu qızıl-sulfid yataqları üçün perspektiv sahələrin axtarışı məqsədilə Şərqi Çovdar filiz qov­şağı ayrılmışdır ki, o da bir sıra perspektiv məntəqələri özündə ehtiva edir. Aparılmış tədqiqatlar filizyerləşdirən qalxmış və en­miş blokların daxili quruluşunda xeyli fərq olmasını aşkar etmiş­dir. Uzanması və yatımına görə iri qırılmalarla məhdud­laşan üç iri blok ayrılmışdır: Şadax-Çovdar-Çaykənd – enən, Danayeriçay-Qartal dağı-Pirinyal və Qızılca-Ləiş – qalxan. Birin­ci blokda filizləşmə barit minerallaşması ilə təmsil olun­muş­dur. Sənaye parametrləri olan barit damarları bat çökün­tülərinə aiddir. İkinci blok, azqalınlıqlı və az uzanması olan da­mar­cıqlar istisna olmaqla, barit filizləşməsi saxlamır, lələkvari çatlarda isə qızılsaxlayan damar-möhtəvi sulfid filizləri müşa­hidə edilir. Üçüncü blokda 1,5 q/t-a qədər qızıl, onda bir faiz mis və polimetallar saxlayan çoxlu miqdarda kvars-polimetal damarları və metasomatitlərin xətti zonaları aşkar olunmuşdur. Xeyrəçay boyu, onun Qoşqarçayla qovuşmasında, allüvial-pro­lüvial çöküntülərdə sərbəst qravitasiya qızılın sənaye yığımı aşkar olunmuş və bu, 43 kq-a qədər səpinti qızıl xammalı təyin etməyə əsas vermişdir. Belə bir şəkil Danayeri çayı boyu Dana­yeri və Qızılca kəndləri arasında da müşahidə edilir. Ən şimal “Narçala” sahəsində molibdenin (0,002-0,015%), qurğuşunun (0,010-0,06%), mərgümüşün (0,01-0,08%), xüsusilə də nəcib me­talların yüksək miqdarı müəyyən edilmişdir. 50×5 şəbəkə­sində 0,4 km2 sahədə axın səpintilərinin geokimyəvi sınaqalş­dırılması qurğuşun, mis və molibdenin anomal sahələri oldu­ğunu göstərmişdir. Törəmə kvarsitlərin bütün götürülmüş 30 nümunəsində nöqtə sınaqlaşdırılması ilə bəzi hallarda 2,435; 2,537; 2,756; 4,41, hətta 6,02 q/t-a çatan qızılın yüksək miqdarı müəyyən edilmişdir. İkinci perspektiv “Qartal dağı” sahəsində dağ qazımaları ilə anomal radioaktivliyin üç zonası, molibdenin və qurğuşunun yüksək miqdarı (uyğun olaraq 0,003-0,01% və 0,01-0,04%) müəyyən edilmişdir. “Qartal dağı” sahəsindən 800 m cənub-qərbdə, “Alban kilsəsindən” şimal-qərbdə üçüncü pers­pektivli sahə – “Sulfid” yerləşmişdir. Burada 2,0 km2 sahədə 100x10m şəbəkədə axın səpintiləri üzrə geokimyəvi sınaqlaş­dırılma aparılmışdır və 200 x 500-dən 700 x 1500 m-ə qədər sahədə 0,002-0,01% miqdarında qurğuşunun anomal oreolu ay­rılmışdır. Anomaliyanın forması şimal-şərq istiqamətində uzan­mış linza şəklindədir. Anomaliyanın konturunun üstünə ölçüsü planda 150х700 m olan misin (0,001-0,05%) və molibdenin (0,0005-0,0025%) anomaliyaları gəlmişdir. “Sulfid” anomal sa­hə­sində qazılmış quyular mis və polimetalların minerallaş­ma­sını kəsmişdir.

Aparılan tədqiqatlar Şərqi Çovdar filiz d qovşağının, xüsu­silə də Danayeriçay-Qartal dağı-Pirinyal qalxmış blokunun hüdudlarında perspektivli olduğunu göstərir və “Sulfid”, “Qar­tal dağı” və “Narçalı” sahələrində qızıl, mis və polimetalların sənaye əhəmiyyətli yığınlarının aşkar olunmasının mümkün olduğunu göstərir.