Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2016
Məqaləni yüklə fullIssue_icon

Azərbaycanda karbohidrogenlərin təbii ehtiyatlarının təmin edilməsi üzrə elmi tədqiqatların əsas istiqamətləri

İ.S.Quliyev, E.B.Bağırov

1 – Azərbaycan MEA Neft və Qaz İnstitutu, AZ1000, Bakı, F. Əmirov, 9

2 – Pantera Petro Technologies Inc.

Xülasə

A-
A+
Azərbaycanda çıxarılabilən ehtiyatların artırılmasının əsas istiqamətləri və yolları tədqiq edilir. İşlənilmədə olan sahələrdə böyük qalıq ehtiyatları olan və eləcə də buraxılmış horizont­ların, o cümlədən kiçik keçiricikli kollektorluq zonalarının aş­kar edilməsi məqsədilə rezervuarın arxitekturasının müfəssəl öy­rə­nilməsi təklif olunur. Dəniz akvatoriyasında ilk növbəli hə­dəf kimi tranzit zona və Ümid-Babək sahəsi, eləcə də işlənilmə ilə əhatə olunmayan Azəri-Çiraq-Günəşli yatağının aşağı hori­zontları qeyd olunur. Quruda isə axtarışın əsas istiqaməti Bö­yük Qafqazın üstəgəlməaltı dağönü zona və qeyriənənəvi ya­taq­lar – şistlər və hibrid rezervuarları olmalıdır.