Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2016
Məqaləni yüklə fullIssue_icon

AMEA Geologiya və Geofizika İnstitutu alimlərinin elmmetrik göstəriciləri təhlilinin nəticələri

T.X.Süleymanov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə AMEA Geologiya və Geofizika İnstitutunda Yer elmləri sahəsində aparılan elmi tədqiqat işlə­rinin Google Scholar və Scopus bazaları əsasında aparılmış elmmetrik təhlilinin nəticələri verilmişdir. Apa­rılmış təhlilin nəticəsi olaraq institut alimlərinin cari elmmetrik göstəricilərini aydınlaşdırmaqla yanaşı, gələ­cək tədqiqatlarının başlıca prioritet istiqamətlərinin müəyyən edilməsinə imkan verən informasiyalar əldə edilərək sistemləşdirilmişdir. İnstitut alimlərinin öz elmi tədqiqat nəticələrini dünya məkanına çıxararkən əldə edilmiş bu sistemləşmiş informasiyalardan faydalanmalarının zəruriliyi qeyd olunur. Tədqiqatçıların bu zaman, ilk növbədə, öz tədqiqat işlərinin nəticələrinin ingilisdilli xarici jurnallarda, o cümlədən xarici ölkə alimləri ilə həmmüəlifiliklə nəşrinə çalışmalı olduqları xüsusilə vurğulanır.