№ 2,
2016
Məqaləni yüklə
Məsafədən zondlama məlumatları və coğrafi informasiya texnologiyaları əsasında daşqın ərazisinin 3D (TIN) modelləşdirilməsi
1 – Milli Aviasiya Akademiyası, 1045, Bakı, Mərdəkan pr.30, E-mail: amil_agayev@mail.ru
2 – AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu, 1073, Bakı, M. Rahim küç., 5, E-mail: amin_ismayilov@mail.ru
3 – Azərbaycan Milli Aerokosmik Agentliyi, 1115, Bakı, S. Axundov küç., 1, E-mail: sul.tofik@yahoo.com
Xülasə
A-
A+
Məqalədə 2010-cu ildə Kür çayında baş vermiş daşqın hadisəsi zamanı bəndlərin dağılma səbəbləri araşdırılmış və tədqiqat ərazisi olan Sabirabad rayonunun Mürsəlli kəndi nümunəsində TIN modeli qurulmuşdur. Hündürlük göstəriciləri əsasında seçilmiş profillər üzrə fərqlərin hesablanması metodikası işlənilmiş və daşqın sularının çayın sağ sahili boyunca bəzi yerlərdə qoruyucu bəndi yararaq relyefin nisbətən aşağı hissələrinə yayılma prosesi tədqiq edilmişdir. Tədqiqat zamanı Landsat 5 TM multispektral təsvirlərdən və ərazinin x, y, z koordinatlarından istifadə edilmişdir.