№ 2,
2016
Məqaləni yüklə
Mehmana filiz rayonunun mis-porfir filizi yataqlarının qızıllılığına dair (Kiçik Qafqaz, Azərbaycan)
Bakı Dövlət Universiteti AZ1148, Bakı, Z.Xəlilov küçəsi, 23, E-mail: mamoy_mansurov@mail.ru
Xülasə
A-
A+
Məqalədə mehmana filiz rayonunun mis-porfir filizi yataqlarının tektonik mövqeyindən, filizdaşıyan intruzivlərin tərkibindən, əsas və yanaşı komponentlərin miqdar və nisbətindən asılı olaraq, qızıllılığı araşdırılır. İki mərhələdə təzahür etmiş məhsuldar minerallaşma müəyyən olunmuşdur: 1)kvars-molibden, kvars-xalkopirit; 2)kvars-xalkozin-pirit-xalkopirit, sfalerit, qalenit-qızıl-nadirmetal. Birinci mərhələdə qızıl qeyri-bərabər saxlanılır və pirit və xalkopirit toplayıcı minerallar hesab olunur. İkinci mərhələdə qızıldaşıyan minerallar qalenit, sfalerit, həmcinin tutgunfilizlər və telluridlərdir. Filizlərin mineral tərkibindən asılı olaraq,üç qızıldaşıyan assosiasiya ayrılır: kvars-molibdenit-xalkopirit, kvars-pirit-xalkopirit və kvars-qalenit-sfalerit.