№ 1,
2016
Məqaləni yüklə
Azərbaycanın Binəqədi pleystosen çöküntülərində şanapipik quşunun (Upupa epops L.) ilk tapıntısı
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
Xülasə
A-
A+
2012-ci ilin may ayından H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin əməkdaşları Binəqədi dördüncü dövr fauna və flora tapıntı yerində (qəbiristanlığında) yeni, 3-cü mərhələ çərçivəsində qazıntı işlərinə başlamış və bu qazıntıların nəticəsində yeni sümüklərlə zəngin olan laylar aşkar etmişlər. Bitki qalıqları və sümüklərlə zəngin laylardan 1,3-1,5 m dərinlikdən şanapipik (Upupa epops L.) quşunun yeganə sağ bazu sümüyü tapılmışdır. Aşkar olunmuş sümük Azərbaycan ərazisində pleystosen şanapipiyinin ilk tapıntısıdır.