№ 1,
2016
Məqaləni yüklə
İqlim dəyişmələrinin Bakı və Abşeron yarımadasında isti hava dalğalarına təsiri
Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115
Xülasə
A-
A+
Məqalədə Abşeron yarımadasında yay aylarında havanın temperatur anomaliyaları, isti hava dalğalarının təkrarlanması və davamiyyəti tədqiq edilmiş, qlobal iqlim dəyişmələri fonunda bu göstəricilərin dəyişmə tendensiyası təhlil olunmuşdur. Araşdırmalar göstərir ki, son dövrlər Abşeron yarımadasında müsbət temperatur anomaliyaları üstünlük təşkil edir və Bakı şəhərində orta maksimal temperaturlar, xüsusən də avqust ayında xeyli yüksəlmişdir. Müasir iqlim dəyişmələri nəticəsində son 25 ildə isti hava dalğalarının istər təkrarlanmasının, istərsə də davamiyyətinin artması müşahidə edilir.