№ 1,
2016
Məqaləni yüklə
Təbii və sintetik piroksenlərdə izomorfizm
Bakı Dövlət Universiteti AZ1148, Bakı, Z.Xəlilov küçəsi, 23, E-mail: afashf@rambler.ru
Xülasə
A-
A+
Əsas süxurəmələgətirən minerallardan olan piroksenlərin və növmüxtəlifliklərinin quruluşlarının öyrənilməsi onların quruluş-tipomorf formalarının təbiətinə aydınlıq gətirmişdir. Piroksenlərin quruluşunda metallik kationların vəziyyətinə görə onların təsnifatı dəqiqləşdirilmişdir. Sabit kimyəvi tərkibli piroksen mineralları və ya onların sintetik analoqları əsasında ikili və ya üçlü sistemlərdə komponentlərin qarşılıqlı təsiri nəticəsində yaranan izo- və heterovalent izomorf əvəzolmanın təbiəti araşdırılmışdır. Məlum olmuşdur ki, izomorf əvəzolma prosesində komponentlərin konsentrasiyalarının dəyişməsi quruluşun elektroneytrallığının təmin olunması istiqamətində baş verir. İlk dəfə piroksenlərin quruluş-tipomorf formalarının kimyəvi tərkiblərinə görə, qarışıq quruluşlar anlayışının mahiyyəti kristallokimyəvi baxımdan əsaslandırılmışdır.