№ 3,
2015
Məqaləni yüklə
Azərbaycanda geotermal enerjidən istifadə üçün geoloji şərait və biznes imkanları
1 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119, E-mail: abdulvahab.mukhtarov@gmail.com
2 – Azərbaycan Milli Elmlər Akademiyası, İstiqlaliyyət k., 30, Bakı, Azərbaycan
Xülasə
A-
A+
Məqalədə geotermal resursların yayılmasının geoloji şəraiti və onlardan istifadə imkanları araşdırılır. Azərbaycan ərazisində daha geniş yayılmış geotermal mənbələrdən dörd qrupu xüsusi qeyd edilmişdir: termal sular, palçıq vulkanları, neft-qaz mədənlərində termal sular çıxaran quyular və petrotermal sistemlər. Nəzərdən keçirilən mənbələrin geotermal-enerji xarakteristikaları analiz edilmiş və haqqında daha çox məlum olan termal mənbələrin və quyuların bu göstəriciləri verilmişdir. Azərbaycanda temperaturu 150ºС-dən yuxarı yüksək potensiallı geotermal enerji mənbələrinə rast gəlinməsə də, yuxarıda sadalanan mənbələrin ilkin enerji potensialı onlarla MVt-a çatır. Bu mövqedən Azərbaycanda geotermal enerjidən istifadə perspektivləri nəzərdən keçirilmişdir.