№ 3,
2015
Məqaləni yüklə
Qərbi Anadoluda yer qabiğının dərinlik quruluşunun və xətti xüsusiyyətlərinin Buge qravitasiya məlumatları əsasında interpretasiyası
Pamukkale Universiteti, 20017, Kınıklı, Denizli, Türkiyə, E-mail: faltinoglu@pau.edu.tr, aaydin@pau.edu.tr
Xülasə
A-
A+
Qərbi Anadolu mürəkkəb tektonik tarixi ilə mühüm regionlardan biridir. Burada horst-qraben sisteminin inkişaf tapması ilə bərabər, Egey genişlənmə regionunda yüksək seysmik aktivlik müşahidə olunmaqdadır. Bu sistemin ən mühüm tektonik strukturları şərqdən qərbə Böyük Menderes və Gediz qrabenləridir. Tədqiqat ərazisi bu qrabenlərinin qərb hissəsini əhatə edir. Yer qabığının dərin qatlarının topoqrafiyası və hövzələrin tektonik strukturunun tədqiqi məqsədilə Buge qravitasiya məlumatlarından istifadə edilmişdir. Qərbi Anadoluda Buge qravitasiya anomaliyasının qiymətləri şərqdən qərbə doğru artır. 3D Moxo və fundamentin topoqrafiyası və horizontal qradiyenti əldə etmək üçün Parker-Oldenburg alqoritmindən istifadə edilmiş, xətti xüsusiyyətlərin müəyyən edilməsi üçün isə analitik siqnal və meyil bucağı üsulları tətbiq edilmişdir. 3D modelləşdirmənin nəticəsi olaraq, Moxonun maksimal dərinliyi 35 km, Böyük Menderes qrabeni fundamentinin maksimal dərinliyi isə 12.5 km müəyyən edilmişdir. Liniamentlərin aşkar edilməsi ilə tədqiqat ərazisinin yeni liniament xəritəsi verilmişdir. Ərazi həmçinin seysmik aktivliyə görə tədqiq edilmişdir. Tədqiqat ərazisində zəlzələlərin əksəriyyəti fundamentin yerləşdiyi dərinlikdə baş vermişdir.