Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2015
Məqaləni yüklə fullIssue_icon

Alp – Himalay tektonik qurşağının Cənubi Qafqaz və Şərqi Araliq dənizi seqmentlərində üçölcülü kompleks geofiziki modelləşdirmənin müqayisəsi

L.Eppelbaum

Tel-Aviv Universiteti, Ramat Aviv 69978, Tel-Aviv, İsrail, Fax: +972 3 6409282, E-mail: levap@post.tau.ac.il

Xülasə

A-
A+
Cənubi Qafqaz (Azərbaycan daxil olmaqla) və Şərqi Aralıq dənizi (İsrail daxil olmaqla) Alp – Himalay tektonik qurşağında yerləşmişdir və mürəkkəb və dəyişkən tektonik-geoloji quruluşla səciyyələnir. Bu əyalətlərin dərinlik quruluşunu təd­qiq etmək üçün üçölcülü kompleks qravimetrik modelləş­mə aparılmış, bir neçə interpretasiya profilləri seçilmişdir. İlkin fiziki-geoloji modellərin (FGM) işlənilməsi səthi geologiya məlumatlarının cəlb edilməsi, qazıma işləri nəticələrinin ümu­mi­ləş­dirilməsi, əvvəlki seysmik, maqnit-tellurik və istilik plan­almalarının təhlili, petrofiziki məlumatların (paleomaqnit qur­malar daxil olmaqla) diqqətlə öyrənilməsi, həmçinin qravi­maqnit materiallarının keyfiyyət və kəmiyyətcə interpretasiyası ilə aparılmışdır. Bundan sonra geoloji cisimlərin həndəsi sər­hədlərinin dəyişilməsi (yeni obyektlərin daxil edilməsi ilə) və fiziki xarakteristikalarının (sıxlıq, maqnitlənmə və maqnitlənmə vektorunun meyli) variasiyası ilə müşayiət olunan bilavasitə iterasion üçölcülü modelləşdirilmə prosesinə başlanılmışdır. Bu proses final FGM-lərin yaradılması ilə başa çatdırılmışdır. Bu FGM-lərin yaradılması yalnız müşahidə edilmiş və hesablanmış qravimetrik sahələri arasındakı minimal fərqin ol­masını deyil, həm də məlum geoloji prinsiplərlə bu modellə­rin uyğunluğunu (bu mürəkkəb quruluşlu regionlarin çoxlu FGM-ləri tez-tez dolaşıq struktur-tektonik “tapmaca”lardır) ifa­də edir. Final FGM-lər səthə yaxın hissədən başlayıb (yüz metr­lərlə) Moxo səthində qurtararaq (on kilometrlərlə) regional geo­loji quru­luşun hakim tektonik-struktur xüsusiyyətlərini əks etdi­rir. FGM-lərin əsas təşkiledicilərinə tektonik blokların sərhəd­ləri, örtülü yarılmalar, gömülmüş özül qalxımları, maqmatik cisim­lərin yatımı və forması, filizli və neftli-qazlı formasiyalara nə­za­rət edən müəyyən faktorlar və digər xarakteristikalar daxil­dir. Bu tədqiqat qravitasiya və maqnit sahələrinin müasir üç­ölcülü kompleks modelləşdirilməsinin prinsip və imkanlarını qısa şəkildə ümumiləşdirir və tədqiq olunan regionlar üçün bir neçə əyani FGM təqdim edir.