Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2015
Məqaləni yüklə fullIssue_icon

Bakı (Azərbaycan) şəhəri üçün mikrotremor ölçüləri və H/V nisbətinin spektral analizi

F.Ə.Qədirov, B.Q.Əhədov, A.H.Qədirov, Q.R.Babayev, S.Q.Məmmədov, R.T.Səfərov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Tədqiqat işində Azərbaycanın Bakı şəhərində 255 müxtəlif nöqtədə mikroseysmlərin qrunta təsirinin analizləri aparılmışdır. Yerli qrunt effektləri əsasında təhlükənin paylanması qiymtələndirilib. Qrunt effektlərinin qiymətləndirilməsi məqsədilə mikrotremor ölçülərinin H/V spektral analizləri həyata keçirilib. Ölçülər Guralp CMG-5TD akselerometri vasitəsilə aparılmış və Nakamura metoduna əsasən Yer səthi qruntunun dinamik xüsusiyyətləri qiymətləndirilmişdir. Bakı şəhərinin qrunt sahəsi üçün gecləndirmə və rezonans tezlik xəritələri tərtib olunmuşdur ki, bu da şəhərdə qrunt xüsusiyyətlərinin heterogenliyini və dəyişkənliyini əks etdirir. Alınmış nəticələr gələcəkdə şəhər ərazisinin seysmik təhlükəsinin qiymətləndirilməsində istifadə oluna bilər.