Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2015
Məqaləni yüklə fullIssue_icon

Talışın (Azərbaycan) termal sularında radonun qatılıq səviyyəsinin ekoloji cəhətdən qiymətləndirilməsi

Ə.Ə.Feyzullayev, Ç.S.Əliyev, R.C.Bağırlı, F.F.Mahmudova

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə Talış regionunun termal sularında radon qatılığının dərəcəsinin ilk dəfə qiymətləndirilməsinin nəticələri təqdim edilir. 7 termal qaynağın 9 təbii su çıxışının öyrənilməsi nəticəsində radonun geniş hüdudlarda dəyişməsi müəyyən edilmişdir – 3,73 Bq/l-dən 93,3 Bq/l-dək. Bu sularda radonun miqdarı qrunt sularına uyğundur və aşağı radonlu sular kimi təsnif edilir. Həmçinin radonun konsentrasiyası və suyun qaz tərkibi arasında asılılıq təyin edilmişdir: nisbətən aşağı radon səviyyəsi azotlu, yüksək radon konsentrasiyası karbonlu, orta radon səviyyəsi isə metanlı sular üçün xarakterikdir. Sulu horizontların hesablanmış dərinliyi 2,4 km-dən artıq deyil. Sanitar gigiyenik normalara əsasən Yardımlının Bülüdül termal çıxışı istisna olmaqla Talışın termal suları radonun miqdarına görə vanna qəbulu və içməli su kimi istifadə edilməsi zamanı əhalinin sağlamlığı üçün təhlükəli deyil. Bu termal mənbədə radonun miqdarı içməli sular üçün qəbul edilmiş normadan (Rusiyada qəbul olunmuş standartlara əsasən) 1,5 dəfə çoxdur.