№ 2,
2015
Məqaləni yüklə
Azərbaycanın termo-mineral bulaqlarının su və qazlarının izotopları və tədqiqatların nəticələrinin təfsiri
1 – Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119
2 – Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutu, 119017, Rusiya, Moskva, Pıjevski dön., 7
Xülasə
A-
A+
Azərbaycan Respublikasının ərazisində qaz tərkibinə gorə butun məlum olan termo-mineral suların əsas tiplərinə rast gəlinir: azotlu, metanlı, hidrogen-sulfidli və karbonatlı. Onların yayılmasında muəyyən qanunauyğunluq qeyd olunur: hidrogensulfid qaz tərkibli mənbələr əsasən ust və orta yura yaşlı gil şistlərinin yer səthinə cıxdığı Boyuk Qafqazın cənub yamacında toplanmışdır. Boyuk Qafqazın ustəgəlmə struktur sistemləri tərəfindən murəkkəbləşmiş Cənubi Xəzər hovzəsinin kənar hissələrində yalnız metan tipli mineral bulaqlara rast gəlinir. Azərbaycanın cənub rayonlarında isə Kicik Qafqaz hududunda əsasən soyuq karbonatlı suların və Talışda həmcinin azotlu və azotlu-metanlı termal suların inkişaf sahələri yerləşir. Termomineral suların tərkiblərinin formalaşması cox fərqli geoloji şəraitin fonunda baş verir. Suyun duz və qaz tərkibinin su fazası hissəsində muxtəlif mənbəli maddələrin rolunu aydınlaşdırmaq ucun Boyuk və Kicik Qafqazın və həmcinin Talışın termomineral su təzahurlərinin su-qaz muhitinin izotop tərkibinin muayinəsi həyata kecirilmişdir. Alınmış nəticələr Azərbaycanın mineral və termal mənbələrinin ayrı-ayrı qruplarının su-qaz muhitinin formalaşmasında atmogen, qabıq və maqmotogenmetamorfogen komponentlərin rolunu qiymətləndirməyə imkan verir.