Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 2, 2015
Məqaləni yüklə fullIssue_icon

Azərbaycanin Binəqədi pleystosen qirli cokuntulərində Anser erythropus L.-in yeni tapintilari

T.M.Eybatov, O.A.Zeyniyev, İ.M.Mustafayev, T.Y.Suleymanov, M.B.Suleymanova

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119, E-mail: gia@azdata.net

Xülasə

A-
A+
Məqələdə pleystocen dövrünün Binəqədi qır çöküntülərində Azərbaycanda ilk dəfə qazıntı halında tapılan ağqaş qazın (Anser erythropus L.) sağ dirsək sümüyünün quruluşundan bəhs edilir. Dirsək sümüyünün osteometrik təhlili və quruluş xüsusiyyətləri tam əsasla sübut edir ki, qazıntı halında tapilan bu sümük Anser erythropus L. canlıya (qaza) məxsusdur. Ağqaş qazın dirsək sümüyünün həm ümümi quruluş xüsusiyyətləri, həm də diafizlərin forması onu digər qaz növlərindən xeyli fərqləndirir.
H.Zərdabi adına Təbiət Tarixi Muzeyində saxlanılan zəngin osteoloji kolleksiya bu fikrimizin düzgünlüyünü təsdiq edir. Bu vaxta qədər Binəqədi pleystosen dövrünün qır çöküntülərinin paleornitofaunası 109 növ qazıntı halında tapılan quşlardan təşkil olunurdu, onlardan 22 növü isə qazlar dəstəsinə aid edilirdi. Aparılmış tədqiqatlar nəticəsində quş növlərinin sayı 110, Anseriformes dəstəsinə isə 23 növ qaz daxil oluduğu müəyyən edilmişdir.