№ 1,
2015
Məqaləni yüklə
Aralıq dənizi qurşağının Zaqros-Qafqaz seqmentində kolliziya geodinamik şəraitinin əsas indikatorları
Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119, E-mail: rustamov-muxtar@rambler.ru
Xülasə
A-
A+
Zaqros-Qafqaz seqmentində Mezotetisin təkamulundə mozaik okean sisteminin tam bağlanmasından sonra ust senonda, Neotetisə kecid dovru (18-20 Ma), tektonik-maqmatik və geodinamik proseslərin sonməsi fonunda, seqmenti ortən karbonat fasiyada dayaz dəniz hovzələrinin olduqca geniş yayılması ilə səciyyələnir. Yer kurəsində ust senon-paleosen hududlarından başlayaraq qlobal miqyasda superplum axımı və okeanlarda spredinq proseslərinin surətlə inkişaf etməsilə əlaqədar geodinamik qutbləşmə səbəbindən Neotetis və onun Zaqros-Qafqaz seqmenti kolliziya şəraitində təkamulə məruz qalmışdır. Kolliziya şəraitinin qəflətən fəaliyyəti daxili plitələrin qovuşma zonasında ofiolit suturu boyu yerləşən qalıq cokəkliklərdə əhəngdaşı qatının terrigen fliş cokuntuləri ilə əvəzlənərkən aşkar olunur. Seqmentin yeni tektonik planında zəncirvarı izlənən riftogen fliş təknələrində paleogen tsikli maqmatizm təzahuru nəticəsində vulkan-plutonik qurşaqları (VPQ) formalaşır. VPQ-də coxetaplı vulkanizmin kokləri və qranitoid intruzivləri yalnız riftogen təknənin novvarı qrabenində və cinah astanasında yerləşərək cəmləşmiş maqmatizm duyunu (CMD) yaradır. CMD geoloji petrologiya istiqamətində yeni məfhum kimi təklif olunur və onun petrofondu paleogen kolliziya maqmatizminin problem məsələlərinin həllində muhum əhəmiyyət kəsb edir. Seqmentin VPQ-nin dəniz hovzələrinin bağlanması, yetkin yer qatının yaranması və daxili plitələrin sərt qovuşması qitə-qitə kolliziya prosesi ilə əvəz olunur. Yuksələn kompression şəraitdə daxili plitələrin bloklara parcalanması ilə yanaşı, ŞmŞ və submeridional transregional və transkontinental yarılmaların fəallaşması neogen-kvarter tsikli maqmatizm təzahuru ilə tamamlanır. Hər iki tsikl maqmatizmin yuksələn kompression kolliziya geodinamik şəraitdə təzahuru paradoksal olaraq genişlənmə zonasının yaranması, yəni maqmadaşıyan yarılmaların acılması, bilavasitə plitələrin və onların bloklarının sağ və yaxud sol yerdəyişməsilə yanaşı, mutləq submeridional yarılmaların fəallaşması ilə qarşılıqlı əlaqədərdir. Həmin proseslərin kinematik modeli tərtib edilmişdir.