Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 4, 2014
Məqaləni yüklə fullIssue_icon

Dağ geosistemlərinin landşaft-rekreasiya potensialinin müəyyənləşdirilməsinin elmi-metodiki aspektləri (Böyük Qafqazin cənub yamaci timsalinda)

M.C.İsmayılov, L.A.İsmayılova

Azərbaycan MEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ 1143, Bakı, H.Cavid prosp., 115

Xülasə

A-
A+
Təqdim olunan məqalədə Dəmiraparançay hövzəsi və ətraf ərazilərin rekreasiya potensialının dəqiq qiymətləndirilməsi üçün ərazinin relyefi, iqlim göstəriciləri və ərazidəki landşaftların diferensiasiyası şərh olunmuş, əldə etdiyimiz məlumatlar əsasında ilk dəfə olaraq qeyd olunan ərazi üçün CİS mühitində bəzi iqlim göstəricilərini əks etdirən xəritə-sxemlər və tədqiq olunan ərazinin irimiqyaslı (M 1: 100 000) landşaft qurşaqları üzrə rekreasiya potensialı xəritəsi tərtib olunmuşdur.

Böyük Qafqazın cənub yamacında sel təhlükəli Dəmiraparançay hövzəsinin müasir landşaftlarının CİS mühitində tədqiqi ərazinin zəngin rekreasiya potensialından daha səmərəli istifadə etməyə və turizm komplekslərinin landşaft planlaşdırması əsasında inkişaf etdirməyə imkan verəcəkdir.