Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 4, 2014
Məqaləni yüklə fullIssue_icon

Naxçivan Muxtar Respublikasinin dağliq geosistemində ekzodinamik proseslərin ekoloji şəraitə təsiri

V.Ə.Quluzadə, R.S.Abdullayev

Azərbaycan MEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu AZ1143 Bakı ş., Hüseyn Cavid pr., 115

Xülasə

A-
A+
Sahəsi təxminən 5,4 min km² olan Naxçıvan MR-in ərazisi özünəməxsus xüsusiyyətləri ilə səciyyələnir. Yüksəklik fərqləri 3155 m-ə çatan oroqrafik elementləri (Zəngəzur və Dərələyəz silsilələri) ekstremal arid iqlim şəraitində fiziki aşınma, qravitasiya, eroziya və digər proseslərin təsiri altında intensiv parçalanmış, dağılmış və demək olar ki, başdan-başa çılpaqlaşmışdır. Buna səbəb olan ekzodinamik proseslərin öyrənilməsi, təhlili və xəritələşdirilməsi təsərrüfat infrastrukturunun inkişafı, geoekoloji şəraitin qiymətləndirilməsi baxımından mühüm elmi və əməli əhəmiyyət kəsb edir.