№ 4,
2014
Məqaləni yüklə
Azərbaycanda faydali qazinti yataqlarinin axtarişlari timsalinda geofiziki müşahidələrin informasiya təminatinin qiymətləndirilməsi
Tel-Aviv University, Ramat Aviv 69978, Tel-Aviv, Israel, Fax: +972 3 6409282, E-mail: levap@post.tau.ac.il
Xülasə
A-
A+
Faydalı qazıntı yataqlarının axtarışları üçün geofiziki metodların tətbiqi, adətən, fiziki, geoloji, iqtisadi və zaman faktorları ilə məhdudlaşır. Həm axtarış obyektlərinə (filiz cisimləri, karbohidrogen yığımları), həm də ətraf mühitə çox hallarda təsir edən maneələrin çoxsaylı tiplərinin olması ehtimal və statistik metodların geniş tətbiqini şərtləndirir. Bu sonuncular müxtəlif geofiziki metodlardan mümkün dərəcədə çıxarılan informasiyanın kəmiyyətini qiymətləndirməyə, bu və ya digər qərarın qəbul edilməsi ilə əlaqədar riski formalaşdırmağa imkan verir.Göstərilmişdir ki, sadə informasiya və ehtimal kriteriləri müxtəlif geofiziki metodların tətbiqi nəticəsində alınan məlumatların formalaşdırılmasında istifadə oluna bilər. Müxtəlif geofiziki məlumatların müqayisəsi üçün məlumat xarakteristikaları, işlərin dəyərinin göstəriciləri və zaman faktorları vahid kompleks parametrə konversiya edilir. Bəzi informasiya parametlərinin Cənubi Xəzər çökəkliyi üçün regional miqyasda və lokal sahələr üçün – Bulla-dəniz qaz yatağı (Azərbaycanın şelf zonası) və Qızılbulaq qızıl-kolçedan yatağı (Kiçik Qafqaz, Qərbi Azərbaycan) – hesablanması tətbiq olunan metodologiyanın effektivliyini göstərmişdir.