Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2014
Məqaləni yüklə fullIssue_icon

Samur-Dəvəçi ovalığının sahil zonası torpaqlarının təbii və antropogen təsirlərlə dəyişməsi

R.M.Məmmədov, M.Y.Xəlilov, İ.Ə.Quliyev

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115

Xülasə

A-
A+
Çöl torpaq tədqiqatları Samur-Dəvəçi ovalığının əhalinin sıx məskunlaşdığı şimal hissəsinin meşə və antropogen landşaftları altında formalaşmış çəmən-qəhvəyi və allüvial-çəmən, həmçinin son 100 ildə Xəzər dənizinin transqressiya və reqressiya prosesləri nəticəsində təşəkkül tapmış müasir terrasının cavan torpaqlarında aparılmışdır. XX əsrdə təbii amillərin və insanın təsərrüfat fəaliyyətinin təsirinə məruz qalmış bu torpaqlarda baş vermiş morfogenetik pozulmaları qiymətləndirmək üçün klassik və müasir analiz nəticələrinin müqayisəli təhlili aparılmış, torpaqların genetik horizontlarında gedən dəyişikliklər müəyyən olunmuşdur.