№ 3,
2014
Məqaləni yüklə
Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinin dinamikasının iqtisadi-coğrafi təhlili
Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prospekti, 115
Xülasə
A-
A+
Əhalinin miqrasiyası məhsuldar qüvvələrin inkişaf prosesinin ünsürlərindən biri olub, sosial-iqtisadi amillərlə əlaqədardır. Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında əhalinin başqa regionlara miqrasiyasının səbəbi həm sosial şəraitin çətinliyi, həm də iş yerləri ilə təmin olunma tələbatıdır. 1990-cı ildən etibarən Naxçıvan Muxtar Respublikasında yaranmış sosial-iqtisadi vəziyyətlə əlaqədar əhalinin bir qisminin xarici ölkələrə getməsi, kənd yerlərindən əhalinin şəhərlərə köçməsi və s. intensiv xarakter almağa başlamışdır.
Məqalədə NMR əhalisinin daxili və xarici miqrasiya proseslərinin istiqamətləri, səbəbləri, bu prosesə təsir edən amillər tədqiq edilmişdir. Həmçinin əhalinin miqrasiyası illər üzrə müqayisəli şəkildə təhlil olunmuş və problemlərin aradan qaldırılması istiqamətləri müəyyənləşdirilmişdir.