№ 3,
2014
Məqaləni yüklə
Böyük Qafqazın şimal-şərq hissəsinin ekocoğrafi problemləri
Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ 1143, Bakı, H.Cavid prosp., 115
Xülasə
A-
A+
Respublikamızın bir çox ərazilərində olduğu kimi, Böyük Qafqazın şimal-şərq hissəsində də son dövrlərdə aparılan təsərrüfat və eləcə də xeyli infrastruktur layihələr ilə əlaqədar təbii-coğrafi mühitdə baş vermiş dəyişikliklər nəticəsində bir sıra ekocoğrafi problemlər yaranmışdır. Tədqiq olunan ərazidə meşələr sistemsiz qırılmış, otlaq heyvandarlığının inkişafı nəticəsində bir çox yerlərdə eroziyaya uğramış yamaclar genişlənmiş, bitki örtüyünün deqradasiyası güclənmiş və biopotensial xeyli azalmışdır. Bunun nəticəsində son dövrlərdə ərazidə torpaq sürüşmələri baş vermiş, əhaliyə və dövlətə külli miqdarda ziyan dəymişdir. Təqdim olunan məqalədə ilk dəfə olaraq ərazinin fitokütlə ehtiyatı, onun bioloji dövrana qoşulma şəraiti, ərazidə son dövrün ən böyük sürüşməsinin ölçüləri və onun əmələ gəlməsində antropogen təsirlərin rolu öyrənilmiş, təbii-coğrafi mühit elementlərinin ekoloji gərginliyə uğrama ardıcıllığı müəyyənləşdirilərək əldə edilmiş elmi nəticələr əsasında yeni infrastruktur layihələrin ekoloji cəhətdən planlaşdırılmasına dair müvafiq elmi təkliflər verilmişdir.