Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

Beynəlxalq elmi jurnal

ISSN: 2663-0419 (elektron versiya)

ISSN: 2218-8754 (çap versiyası)

contentImg
SCImago Journal & Country Rank
№ 3, 2014
Məqaləni yüklə fullIssue_icon

Bakı arxipelaqının məhsuldar qatında kimyəvi elementlərin paylanma xüsusiyyətləri və onların təbiəti

F.D.Həsənov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

A-
A+
Məqalədə Bakı arxipelaqının neftli-qazlı rayonunda, Bulla-dəniz və başqa sahələrdə çökmə süxurlarda kimyəvi elementlərin paylanma xüsusiyyətləri və süxurların mineraloji tərkibi araşdırılmışdır.

Bulla-dəniz və ona bitişik sahələrdə, MQ çöküntülərində kimyəvi elementlərin keyfiyyət və kəmiyyətcə paylanma xüsusiyyətləri öyrənilərək MQ çöküntülərinin alt şöbəsində CaO, BaO, SO3 komponentlərinin üstünlük təşkil etməsi, üst şöbədə isə Na2O, MgO, Al2O3, P2O5, K2O, TiO2, MnO, Fe2O3-ün yüksək miqdarda olması qeydə alınmışdır.

Tədqiq olunan kəsilişlərdə MQ süxurlarının müqayisəli analizi göstərir ki, Bakı arxipelaqının MQ çöküntülərinin alt və üst şöbələri keyfiyyət baxımından kəskin fərqlənir. Üst şöbədə kvars və çöl şpatı üstünlük təşkil edir.
Mineralların belə nisbəti süxurların kimyəvi tərkibində də özünü göstərir. Bulla-dəniz kəsilişində SiO2 -nin miqdarı 58%-dən artıqdır. MQ-nin alt şöbəsində kalsit, barit, kaolinit, montmorillonit mineralları üstünlük təşkil edir və qrafitləşmə özünü göstərir.

Bakı arxipelaqının Bulla-dəniz kəsilişinin alt şöbəsində bu mineralların miqdarının belə kəskin yüksəlməsi yalnız terrigen qarışıqlarla əlaqədar olmayıb, eyni zamanda, daha dərin sahələrdə təzyiq və temperaturun yüksəlməsi ilə bağlıdır.